Selena Qomezin münasibətləri "daha ciddiləşir"


Sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez uzun müddət sonra yeni sevgiyə başlayıb.

Sherg.az xəbər verir ki, Qomez yeni sevgilisi Benni Blanko ilə münasibəti barədə "Özümü heç vaxt bu qədər təhlükəsiz hiss etməmişdim və bu, çox gözəl hissdir" deyib.


İddialara görə, cütlüyün münasibətləri getdikcə ciddiləşir. Qomezin ailəsi və dostlarının dəstəyini aldığını bildirən mənbələr, "Selena ona əvvəlki sevgililərindən daha çox güvənir. Bir-birlərinə çox hörmət edirlər və münasibətləri müsbət istiqamətdə inkişaf edir" deyə bildirib.
 Müğənni 35 yaşlı Blankonun onunla yaxşı davrandığını deyib: "O, indiyə qədər birlikdə olduğum hər kəsdən  yaxşıdır. Bu, həqiqətdir!" deyərək ifadə edib.

Sonuncu dəfə "Single Soon" mahnısı üzərində birlikdə çalışmış sevgililər   daha əvvəl "I Can't Get Enough" mahnısı üzərində əməkdaşlıq etmişdilər.

Qomez 2011-2015-ci illərdə kanadalı ulduz Castin Biber ilə münasibətdə olub. Qomez Bieber ilə münasibətində yaşadığı təcrübələrə görə depressiyadan müalicə olunub.