Qardaşı oğlu Murat Bozun qonağıdır: Əmisinin çiçəyi


Sosial media hesabında ara-sıra qardaşı oğlu və izləyiciləri ilə fotolar paylaşan Murat Bozdan yeni kadr gəlib.

Sherg.az xəbər verir ki, 44 yaşlı müğənni qardaşı oğlu onu ziyarət edərkən keçirdiyi sevinci də sosial şəbəkədə bölüşüb.

Murat Boz bu kadrı səhnə arxasında qardaşı oğlu ilə çəkdirib. O, "Konsert öncəsi belə gözəl ziyarət varmı? Əmisinin gülü" qeydi ilə dərc edib. Paylaşımı ilə qısa zamanda böyük marağa səbəb olan müğənniyə, “Yaxşı, indi evlən, sarışın və yaraşıqlı oğlun olsun, sənə çox yaraşır” və “Atalıq sənə  yaraşır” şərhlər yazıblar.