Azərbaycan 12 xalı bu ölkəyə verdi 

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar. 
Axşam.az-ın məlumatına görə, Azərbaycandan olan səsverməni “Avroviziya 2009” təmsilçimiz Aysel Adıgözəlzadə (Teymurzadə) təqdim edib. 

Azərbaycan 12 xalı İsveçrəyə verib.

Digər sıralama isə belədir:

- 10 xal - İrlandiya

- 8 xal - Luksenburq

- 7 xal - Gürcüstan

- 6 xal - İtaliya

- 5 xal - İsveç

- 4 xal - Xarvatiya

- 3 xal - Sloveniya

- 2 xal - Kipr

- 1 xal - Ukrayna

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.

Hazırda 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır. Niderland finala vəsiqə qazansa da yarımfinalda çıxışından sonra baş vermiş insidentə görə müsabiqədən uzaqlaşdırılıb.

Onu da qeyd edək ki, Aysel Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində Araşla birlikdə təmsil etmiş və 207 xalla 3-cü yeri tutmuşdur.