Hollivudun bir çox “ulduz”unda son zamanlar
böyük dəyişikliklər nəzərə çarpır. Məgərsə məşhurlar fiziki görünüşlərində baş
vermiş dəyişiklikləri artıq çəkidən qurtulmaq üçün qəbul etdikləri dərmanlara
borcludur.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki,
arıqlamaq dərmanı qəbul edən şəxslər dünyada məşhur isimlərdir. Onlar hətta
şəkərli diabet xəstəliyinin müalicəsində istifadə edilən dərman preparatlarını
qəbul etməkdən də çəkinmirlər. Hər nə olsa da, sonra müalicə olunmağa pulları
kifayət qədərdir, ona görə. Məşhurlar özləri bunu etiraf edib.
“Ruh” filmindən tanıdığımız
məşhur aktrisa, 68 yaşlı Vupi Qoldberq arıqlamaq üçün dərman qəbul etməyin yanlış
olmadığını deyib.
Müğənni Kelli Karkson qan göstəriciləri dəyişdiyi üçün dərman qəbul etmək
məcburiyyətində qaldığını söyləyib. Tele-aparıcı Opra Vinfri də arıqlamaq üçün dərman içdiyini etiraf
edib.
Milyonçu Elon Mask
isə artıq çəkidən xilas olmaq üçün təkcə dərman qəbul etməklə kifayətlənmir,
vaxtaşırı yeməkdən imtna edərək, oruc tutur.
Aktrisa Rebel Vilson 2020-ci ildə tam 70 kiloqram arıqlayıb,
sonra isə yenidən sevdiyi qidaları qəbul etməyə başlayıb.
Şeron
Osborn, Robi Vilyams, repçi “50 Cent”, aktyor Mark Velberq də bu sradadır.
Aktrisa Culia Foks isə arıqlamaq üçün heç vaxt dərman qəbul etmədiyini, bundan
sonra da belə bir fikrə düşməyəcəyini açıqlayıb.