Hadisənin makiyajsız görünüşü səs-küyə səbəb olub!

Son zamanlar özəl həyatı ilə gündəm olan 38 yaşlı məşhur müğənni Hadisə Açıkgöz ötən həftələrdə yay mövsümünü açıb. Hadisə bir-birinin ardınca dəniz kənarında çəkdirdiyi bikinili pozalarını paylaşıb.

Sherg.az xəbər verir ki, gözəl müğənni paylaşımına dünya şöhrətli həmkarı Çerin 1996-cı ildə verdiyi müsahibədə işlətdiyi əfsanəvi “Ana, mən zəngin adamam!” ifadəsi ilə qeyd edib. 

Hər konserti, hər çıxışı hadisə olan müğənni son günlər sosial şəbəkədəki səhifəsində paylaşdığı makiyajsız pozası ilə də gündəmə gəlib.

14,7 milyon izləyicisi olan İnstaqram səhifəsində yeganə makiyaj görünüşünü yayımlayan Hadisə "İki saat yatırıq və dayanmırıq" mesajını yazıb.

Fotoya filtr və ya Photoshop tətbiq etməyən 38 yaşlı müğənni qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.

Hadisə haqqında "Məncə, onun təbii görünüşü daha gözəldir", "Hadisenin təbii görünüşünü çox bəyənirəm" və "Makiyajsız da gözəldir" kimi şərhlər edilib.