Jerar Depardye italyan fotojurnalisti yumruqlayıb

Son illərdə cinsi təcavüzdə ittiham olunan Fransalı aktyor Jerar Depardye bu dəfə Romada fotomüxbirə hücum ittihamı ilə gündəmə gəlib.

Sherg.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, Depardye bu gün Romanın Via Veneto küçəsindəki məşhur məkanda dostları ilə nahar edərkən Barillarının şəkil çəkdirməsi onu narahat edib və fotomüxbirə yumruq atıb.

Ölkədə "paparassilər kralı" kimi tanınan Barillari "Messaggero" qəzetinə açıqlamasında bunları deyib: "Depardye üzümə üç yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yaşım yoxdu, 79 yaşım var. Oradayam. Bu gün şəhərdə taksi sürücülərinin tətili idi, mən onun yanına gedirdim, Via Venetoda gedərkən, o, gözəl bir xanımla tanış oldu. Amma sonra yanıma gəldi və sifətimə üç yumruq vurdu, düşünürəm ki, bu barədə polisə məlumat verəcəm”. .

Fotomüxbirə yardım edən məkanın sahibi Piero Lepore mətbuata açıqlamasında belə səhnələrin əvvəllər də yaşandığını, bugünkü hadisə ilə sanki keçmişə getdiyini bildirib.