“Emine” obrazı ilə tanınıb: Nazan Saatçinin son görünüşü heyran etdi

1978-ci ildə “Kino Kraliçası” seçilən Nazan Saatçi 1983-cü ildə “Miss Asia Pacific” (Asiya gözəllik yarışması) yarışmasında ikinci olmuş, elə həmin il “Tokatçı” filmindəki “Emine” obrazı ilə tanınıb. ABŞ-da yaşayan aktyor son görünüşü ilə sosial mediada trend mövzusuna çevrilib.

Sherg.az xəbər verir ki, Nazan Saatçi mərhum sənətçilər Kamal Sunal və Şevkət Altuğla rol aldığı və rejissorluğunu Natuk Baytan'ın etdiyi "Tokatçı" (1983) filmində Əminə obrazı ilə yadda qalıb.
Osmanın (Kemal Sunal) kor-koranə eşq yaşadığı Əminə obrazını canlandıran bir vaxtlar məşhur isim uzun müddətdir ABŞ-da yaşayır.

Fit görünüşü ilə gənc qızları heyran edən 65 yaşlı aktyor sosial media hesabında son görünüşünü izləyiciləri ilə bölüşüb.

Nazan Saatçı "14 ildir ki, sənətimlə məşğulam. Uşaq hekayələri yazıram, rəsm çəkirəm" deyə bildirib.