Amerikalı aktyor oğurluq zamanı güllələnərək öldürülüb

ABŞ-ın “General Hospital” serialında baş rolda oynayan Conni Vaktor adlı aktyor Los-Ancelesdə oğurluq zamanı güllələnib. Aktyor 37 yaşında dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, Los-Anceles Polis Departamenti təsdiqləyib ki, aktyor şənbə günü saat 3 radələrində avtomobildən oğuruq edən üç nəfərlə qarşılaşıb və həmin şəxslər tərəfindən güllələnib.

Hadisə yerinə gələn qruplar aktyoru yerli xəstəxanaya aparıb və orada ölüb.

Polis şübhəlilərin hadisə yerindən bir avtomobillə qaçdığını və həbs olunmadığını bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.