Məşhur müğənni Sinan Akçıl bir müddət əvvəl İzmirə konsert vermək üçün gedib.
"Sherg.az" xəbər verir ki, pərəstişkarlarının böyük marağına səbəb olan məşhur yolu keçərkən qəzaya səbəb olub. Vətəndaşlardan biri həmin anları kameraya çəkərkən görüntülər yayılıb. Belə ki,müğənni dostu ilə işıq olmayan yerdə yolu keçməyə çalışıb. Akçıl sağ-solunu yoxlamadan yola tullananda bir yük maşını sürücüsü qəfil əyləc basmalı olub. Nəticədə yük maşınının arxasındakı avtomobil dayana bilməyib və qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb. Akçılın qəzaya əhəmiyyət verməməsi diqqət çəkib. Qəzəbli sürücülərdən biri müğənniyə yaxınlaşmaq istəyəndə dostu onu sakitləşdirib. Müğənninin və vətəndaşların həmin anları “Her şey haqqında fenomen” hesabından yayımlanıb.
Görüntülərin yayılmasından sonra tənqid hədəfinə çevrilən məşhur sosial media hesabından verdiyi açıqlamada bu ifadələrdən istifadə edib:
"Bir neçə axmaq "qəzaya əhəmiyyət vermədi" dedi. Gördüm, eşitdim. Qəzaya mən səbəb olmadım. Qızlar yataqxanası “Sinan, xaiş edirik, bizimlə gəl” deyə çox qışqırdığından, onları incitməmək üçün onların yanında dayandım. Mən getdiyim yer konsert sahəsidir. Tır sürücüsü qardaşımı tutub yanıma gəlməsini istədim, qardaş, səni sevirəm dedi. Ona görə dedim ki, nə lazımdırsa, edək. Sabah ofisdə görüşəcəyik. Mükəmməl bir konsert oldu, sağ ol İzmir. Ömrümdə heç kimdən padşah gəlsə belə qaçmamışam".