Xatirə İslam ərinə görə Azərbaycandan köçür

Müğənni Xatirə İslam ailəsi ilə birgə Rusiyaya köçür.
Bakupost.az xəbər verir ki, bu barədə sənətçi “Həmin Zaur” verilişində danışıb.
O bildirib ki, həyat yoldaşının işləri ilə əlaqədar bu qərarı veriblər.
“Biz bir neçə illik müvəqqəti olaraq Moskvada yaşayacağıq. Fəxrəddinin kursu, işləri var. Amma burada da olacağam. Haradasa sentyabrdan Moskvada olacağıq. Mən gedib-gələcəyəm”.