Məşhur model Deniz Akkaya qızı Ayşe ilə yaşadığı problemlə gündəmdədir.
"Sherg.az" xəbər verir ki, 16 yaşlı qızı tərəfindən zorakılığa məruz qaldığını deyən Akkaya şok açıqlamalar verib. Türkiyədə gündəm olan hadisədən sonra Ailə və Sosial Xidmətlər Nazirliyi əməkdaşlarının Deniz Akkayanın qızını himayəsinə götürdüyü və lazımi psixoloji dəstəyin göstərilməsinə başladığı öyrənilib.
Qeyd edək ki, Deniz Akkaya və Efe Önbilginlə eşq münasibəti yaşayan cütlük 2009-cu ildə qızları Ayşəni dünyaya gətirib. Cütlük yollarını ayıranda illərdir ki, Ayşenin vəlayəti üçün mübarizə aparıb və məhkəmə vəlayəti anası Deniz Akkayaya verib.
"Ana olmaq bu deyil"
Keçmiş model və aparıcı Deniz Akkaya X sosial media platformasında qızı ilə bağlı paylaşım edib:
“16 ildir təkbaşına baxdığım, israrla məndən gizlətdiyi qızımın telefonunu indicə əlimə aldım. Məndən xəbərsiz səyahat planlar və daha çox şeyləri kəşf etdikdən sonra məndən xəbərsiz telefonu müsadirə etdim.
Onun fiziki hücumu azmış kimi, məni 1,5 saat eyvana bağladı. Qonşuların və mühafizəçilərin müraciətləri cavabsız qaldıqda 112-yə 3 dəfə zəng vurduqdan sonra xilas oldum. Polisə də qarşı çıxan, sonra da nüfuzumdan sui-istifadə edən bu ruhi durumuna, yeniyetməlik çağının arxasında gizlənməsinə icazə verməyəcəyəm. Harada səhv etdiyimizi bilirsinizmi? Nəzarətsiz sevmək. Bu ana olmaq deyil. Allah bütün analara səbr versin”.