Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alınıb
18:37 17.06.2024
Gündəm
346
Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakini Rəşid Abbasov polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı hüquqi əsası olmayan iddialar yayılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəcər rayon sakini R.Abbasov rayon ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən yaylaq ərazilərinin qanunsuz olaraq zəbt etməsi və müxtəlif şəxslərə icarəyə verməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bununla razılaşmayan şəxs özünü şəhid ailəsinin üzvü kimi təqdim etməklə torpaqları icrayə verməklə yanaşı, əraziyə müxtəlif şəxsləri qanunsuz fəaliyyətə təhrik etməklə onlara havadarlıq edib, qanunların ona xüsusi imtiyaz verdiyini bildirib. Onun qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumatlar üzrə vətəndaş polis şöbəsinə dəvət edilib, ona hüquqi izahlar verilib, hüquq-mühafizə orqanlarında işləyən yaxın qohumları söhbətlər aparıblar, bu əməllərindən çəkinməsi tövsiyə edilib.
Dəfələrə edilən xəbərdarlıqlara, izahlara, tövsiyələrə baxmayaraq, R.Abbasov qanunsuz əməllərini gündəmə gətirməklə, polisin onunla bağlı qanuni tədbirlərini şəxsi mülahizələrlə şərh edir, şəhid ailəsinə təzyiq adı altında çaşqınlıq yaradan ictimai fikir yaratmağa cəhdlər edir.
Hazırda rayon polis şöbəsində R.Abbasovun hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət veriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə