Merve Özbeyin xüsusi qonağı!

Merve Özbey dünən axşam Aqua Florya AVM Amfiteatrda səhnəyə çıxıb. Məşhur müğənnini 3,5 yaşlı qızı Elif Özüm müşayiət edib.

Sherg.az xəbər verir ki, Merve Özbey 2020-ci ildə Kenan Koçakla evlənib. Özbey 2021-ci ilin fevralında Özüm dünyaya gəlməsi ilə ilk dəfə ana olmaq sevincini yaşayıb. İkilinin ikinci körpələri Emiri 2022-ci ilin sentyabrında dünyaya gəlib.

"Aqua Florya"da verdiyi konsertdən əvvəl mətbuatla görüşən Merve Özbey "18 yaşından kiçik insanlarla nadir hallarda rastlaşırıq. Ona görə Elifi gətirdim, o da baxacaq" deyib.

Çəhrayı libası ilə diqqət çəkən müğənni "Şəxsi həyatınızda geyindiyinizə fikir verirsinizmi?" sualına  "Heç fikir verə bilmirəm. Onsuz da çox da şəxsi həyatım yoxdur. İstanbulda evdən çıxmadığım üçün pijama ilə gəzirəm" cavabını verib.