İcma: Makronun BMT Baş Assambleyasında səsləndirdiyi yanlış və qəbuledilməz fikirləri qətiyyətlə rədd edirik
06:32 26.09.2024
Cəmiyyət
526
“Qərbi Azərbaycan İcması olaraq, Fransanın prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında 2024-cü il sentyabrın 25-də səsləndirdiyi Azərbaycanın guya Ermənistana “təzyiq” göstərməsi və “ərazi gərginliyi” barədə tamamilə yanlış və qəbuledilməz fikirlərini qətiyyətlə rədd edirik”.
Sherg.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransa rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü bir yanaşmadır: “Xatırladaq ki, Makronun indi ikiüzlülük nümayiş etdirdiyi BMT Baş Assambleyası 2008-ci ildə münaqişənin həllinə xidmət edən müvafiq qətnamənin qəbuluna Fransanın mane olma cəhdlərinə şahidlik edib.
Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. Makron bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Makronun bu məqsədinə xidmət edir.
Biz Fransadan tələb edirik ki, bu dağıdıcı niyyətindən əl çəksin, Ermənistana silah göndərməyi dərhal dayandırsın, regionun işlərinə qarışmasın və sülhə mane olmasın. Eyni zamanda, Ermənistanı Fransanın oyununda alət olmamağa, genişmiqyaslı silahlanma proqramını dayandırmağa, diqqətini Azərbaycanla sülh əldə etməyə yönəltməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarına şərait yaratmağa çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial