“Aşk-ı Memnu” serialındakı "Bülent" obrazı ilə tanınan aktyor Batuhan Karacakaya sosial media hesabından etdiyi paylaşımla yeni eşq macərasına başladığını izləyicilərinə açıqlayıb.
Sherg.az xəbər verir ki, Karacakaya sevgilisi Sinem Akarla çəkdirdiyi fotosunu ürək emojisi qoyaraq izləyiciləri ilə paylaşıb.
Cütlüyün paylaşımı sosial mediada trend mövzusuna çevrilib.
Digər tərəfdən, Batuhan Karacakayanın “Survivor 2025”-in aktyor heyətində yer alacağı iddia edilir. Məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.