Bred Pittin yeni rolu məlum olub


Hollivud ulduzu Bred Pitin maraqla gözlənilən yeni rolu bəlli olub. “F1” filminin çəkilişlərini başa vuran 61 yaşlı aktyor rejissor Devid Ayerin yeni filmində baş rolu canlandıracaq.

Sherg.az xəbər verir ki, "Deadline"a görə, film "Heart of the Beast" adlanacaq.

Pitt 2014-cü ildə "Qəzəb" filmində Ayerlə birlikdə çalışıb. Film Alyaskanın sərt səhrasında təyyarə qəzasından sonra sağ qalmaq üçün mübarizə aparan təqaüdçü əsgərdən bəhs edir.

Filmdə hansı aktyorların çəkiləcəyi hələlik açıqlanmayıb. Pittin yeni filmi "F1" bu yay ekranlara çıxacaq.