"Telegram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlanıb
09:16 05.09.2025
Sağlamlıq
364
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı Telegram üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı texniki nəticələr əldə edilib.
Bu barədə "APA-Economics"ə ETX-dən bildirilib.
Məlumata görə, aparılan təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyənləşdirilib, həmçinin hesabların ələ keçirilməsi prosesinə dair ətraflı məlumat əldə olunub.
İlk şübhəli domen
Araşdırma Xidmət tərəfindən əldə olunmuş mesajların birində qeyd olunan “12320sw[.]com” ünvanlı domen ilə başlayır. Domen "156[.]251[.]247[.]206" IP ünvanına "resolve” olunur (AS40065, CNSERVERS LLC). Bu IP birbaşa hər hansı məzmun təqdim etmir, əksinə istifadəçini "p726exa[.]eu[.]cc" domen adına yönləndirir. Həmin domen isə eyni şəbəkədə yerləşən "156[.]251[.]247[.]204" IP ünvanına "resolve" olunur.
Yönləndirmə zəncirlərinə dair məlumatlar və hesabların ələ keçirilməsi prosesi
IP ünvanların araşdırılması nəticəsində digər anoloji “.com” domenləri aşkar edilib. Sözügedən domenlərə keçid etdiyimiz zaman digər “p726***.eu.cc” domenlərə keçidlər baş verir.
Bir neçə “.com” və “.eu.cc” domenlərin “resolve” olunduğu IP ünvanlara diqqət yetirdiyimiz zaman fişinq hücumun ümumi zənciri və müəyyən qanunauyğunluq müşahidə edilib:
“12319ar[.]com”, “12320se[.]com”, “966575[.]com”, “796676[.]com”, “play-zotysports[.]com” və digər anoloji domenlər 156[.]251[.]247[.]206 ünvanına “resolve” olunur;
Hər biri təsadüfi formalaşdırılmış “p726***.eu.cc” subdomenlərinə yönləndirilirdi;
“p726***.eu.cc” domenləri fişinq məzmunun yerləşdirilməsi üçün istifadə olunur və bu domenlərin hamısı 156[.]251[.]247[.]204 ünvanında yer alır.
İstifadəçilərin yönləndirildiyi səhifənin kod hissəsinə baxış keçirilən zaman, orada çin dilində şərhlərin mövcudluğu aşkar olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm