Müğənni Afət Fərmanqızı ilə aparıcı Vüsalə Kərimova arasında qalmaqal yaşanıb. Münaqişə A.Fərmanqızı "ARB Tv"nin "Səhər-səhər" verlişində qonaq olarkən yaranıb. Hətta müğənni efiri tərk edib.
Afət Fərmanqızı: "...Sənətdən gedəcəm"
Yusif Sultanoğlu
18:07 03.04.2021
Şou
2007
Sənətçi "Sherg.az"a olayın təfərrüatlarından danışıb:
"Mənimlə bağlı süjet hazırlayıblar. Orda özümə qarşı qərəz gördüm. Məsələn, deyir, sizi verilişlər qalmaqala gör çağırırlar. Niyə sənətinizlə məşğul olmursunuz? Söylədim ki, nə vaxtsa kiməsə söz atmağımı sübut edin. Həmişə mənə sataşıblar, onlara cavab vermişəm. O da bir söz deyə bilmədi, ironiya ilə güldü. Qayıtdım ki, cavab olmayanda insanlar sizin kimi gülürlər. Köhnə məsələlərə toxundular, dedilər ki, Flora xanım sizə irad bildirdi. Dedim, tənqidi yayımlama, dilə gətirdiyi təhqiri də işıqlandır. Misal üçün Flora xanım demişdi ki, oğlun səndən utanmır? Bu da təhqirdir də. Oğlum məndən niyə utanmalıdır ki? Bir mahnıya görə? Bildirdim ki, qonağı çağırıb reytinq xətrinə, qalmaqal yaratmayın, süjeti hazırlayanın fikri etalon deyil. Gəlsin, ona sual verəcəm. Vüsalə Kərimova qayıtdı ki, süjetin müəllifi kanalın əməkdaşıdır, savadlı xanımdır. Dedim, siz onun vəkilisiniz? Özü gəlsin, mənə cavab versin ki, nəyə əsasən belə haqsız süjet hazırlayıb? Kimin sifarişidir bu?".
İfaçı onu da əlavə edib ki, proqramı öncədən izləməyib. "Xəbər-ətər" verlişi olduğunu düşünüb:
" Bir-iki nəfər işçi qərəzli plan qurublar ki, guya məni sındıracaqlar. Mən də cavabını verdim, yalanını ifşa elədim. Dedim, kiməsə sataşmışamsa, maşınımın açarını verib, sənətdən gedəcəm. Həmişə özümü müdafiə etmişəm. Orda bir neçə söz də demişdim, kəsiblər. Düzgündürlərsə, niyə kəsirlər? Sonra efirdən çıxdım. Çox dedilər qayıt, dönmədim. Hətta Fatimə Fətəliyeva məni tərifləyir, deyir, Afət Fərmanqızını xalq sevir, onda aparıcının sifət ifadəsinə diqqət edin. Yenə deyir ki, amma bizim əməkdaşa hörmətsizlik etdi. Axı əvvəlcə onun mənə sayğısızlığı olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat