Bütün kişilər onu arzulayır
Bütün kişilər onu arzulayır
Yusif Nəzərli
10:24 25.08.2023
Şou
1058
Monika Bellucci: “Bu, məni rahatsız etmir”
“Malena”, “Spectre” və “Günəşin göz yaşları” kimi filmlərdə yaratdığı obrazlarla məşhurlaşmış italiyalı aktrisa Monika Bellucci karyerasının ilk illərində əks cinsin arzulanan qadını olmağından danışıb. Aktrisa bunu etiraf edərək deyib ki, illərlə ona bu prizmadan yanaşılıb, lakin o, bundan heç vaxt rahatsız olmayıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, italiyalı “ulduz” karyerasının başlanğıcında canlandırdığı obrazlarla məşhurlaşıb. Aktirsanın məşhurlaşmasında, həm də qadın kimi çox gözəl olması da böyük rol oynayıb. Gözəlliyi ilə də diqqət çəkən aktrisaya məşhur markalardan təkliflər gəlib və o, dünya brendi “Dolce&Gabbana”nın siması olub.
Sonrasında M.Bellucciyə ard-arda təkliflər gəlib və o, Francis Ford Coppola və Mel Gibson kimi peşəkarlarla birgə çalışıb. Bununla da Hollivuda addım atıb. “Harpers Bazaar” dərgisinə danışan 58 yaşlı aktrisa gəncliyinin ilk illərində əks cinsin gözündə sadəcə gözəl qadın kimi göründüyündən bəhs edib.
“Bu, məni rahatsız etmədi. Zamanla alışdım buna. Bəzən gözəllik insan üçün maska yaradır”, - deyən aktrisa karyerasının ilk illərində çılpaq səhnələrə çəkilməyi qəbul etdiyini də söyləyib. Aktrisa deyib ki, bəzi filmlərdə sadəcə, bədənindən istifadə edib. Aktrisanın moda dünyasından gəlməsi və bir çox məşhur fotoqraflarla əməkdaşlıq etməsi də onu faktiki, arzulanan qadın olmağa itələyib. Hazırda məşhur aktrisa və model rejissor Tim Burton ilə birlikdədir. Və onun çəkdiyi “Betər böcək” filmində əsas rollardan birini ifa edir. Aktrisanın Hollivud aktyoru Vincent Cassel ilə evlilikdən Deva və Leonie adında iki qız övladları var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm