Cavanşir “gül vurdu”: "Gəlin, qız olan evə başqa qadın gətirsək...”
Yusif Sultanoğlu
12:19 31.03.2021
Şou
740
“Uşaq deyiləm, dünyanı gəzmiş insanam. Həmin sözləri o mənada dedim ki, bir qadınla illərlə eyni yastığa baş qoyursan, gənclikdən sevmisən almısan, övladların, nəvələrin var. O, ölən kimi başqasıyla evlənirsən”.
"Sherg.az" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Elgizlə izlə” proqramında deyib. Müğənni bir müddət əvvəl verdiyi qalmaqallı açıqlamasına aydınlıq gətirib:
“Efirə gələn bir kişinin həyatına fikir bildirdim. Həyat qura bilərsən, amma övladın, gəlinin varsa, sənə baxan olar. Ailədən, ailəyə fərq var. Gərək tərbiyəni düzgün götürəsən. Nəvənin yanında nə etsən, o da gələcəkdə onu edəcək, nə tərbiyə götürə bilər ki?
Evi sat, övladlarının payına düşəni ver, nə pulun varsa, kassaya qoy. Get evlən, həmin qadına denən ki, evim yoxdu, sənin evində qalım, pulum var yeyəcəyik. Nəvə, nəticə, gəlin, qız olan evə başqa qadın gətirsən, orada mehribanlıq olmaz.
Nikah bağlaya bilərsən, amma onu uşaqlarının üstünə ana kimi gətirmə. Nüfuzdan düşərsən. 65 yaşında qadın gəlib sənin uşaqlarına nə analıq edəcək? Qeyri-rəsmi yaşamaq olsa nə olar? Qeyri-rəsmi yaşayanlar azdır? Özümü də misal çəkmişəm, demişəm, həyat yoldaşım ölsə, yenidən evlənmərəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz