Dilan-Engin Polat cütlüyünün 4 il əvvəl çəkdirdiyi foto gündəm oldu: Masadakıların hamısı… - FOTO
09:32 16.11.2023
Şou
762
Çirkli pulların yuyulması ilə bağlı həbs edilən türkiyəli iş adamları Dilan-Engin Polat cütlüyünə dair ortaya çıxan yeni məlumatlar və fotolar müzakirə mövzusuna çevrilib.
Bu dəfə Dilan-Engin Polat cütlüyünün 4 il əvvəl, 2019-cu ilin noyabr ayında digər fenomenlərlə bir masa arxasında çəkdirdiyi foto gündəm olub.
Hazırda həmin masadakıların hamısının zəngin olduğu bildirilir.
Yemək süfrəsi arxasında Dilan-Engin Polatdan başqa Merve Nur Akyüz, İleyda Topal, Tolunay Topal, Kenan Öztürk, Eylül Öztürk, Nez Demir, Yasemin Yiğit və əri Murat Yiğit də var.
Bütün bu adları sadalanan insanların ümumi xüsusiyyətləri isə ondan ibarətdir ki, onların bir çoxu Dubaya və Gürcüstana gedib-gəldikdən sonra gözəllik mərkəzi biznesində çalışmağa başlayıblar və varlanıblar.
2017 və 2019-cu illərdə sosial media hesablarında orta səviyyədə həyat sürdükləri əks olunan fenomenlər yaxın zamanda dəbdəbəli həyata sahib olublar. Həmçinin masada əyləşənlərdən İleyda Topal və Tolunay Topalın Dilan Polatın gözəllik mərkəzlərindən birinin şöbəsini idarə etdikləri məlum olub. Topal cütlüyünün sosial media hesablarında 2018-ci ilə qədər ortasəviyyəli həyat yaşadıqları görünsə də, son zamanlar lüks həyat paylaşımları ilə diqqət çəkiblər.
Masadakı Merve Nur Akyüz və Yavuz Selim Korkut cütlüyü isə Karabük, Sakarya və İstanbulda Dilan Polata məxsus şöbələri idarə edirlər. Bu insanların da digərləri kimi, 2017-ci ildən sonra birdən-birə varlandığı deyilir.
Masadakı digər cütlük Yasemin Yiğit və əri Murat Yiğitin də Dilan Polatın Bakırköy və Kocaeli Gebze filiallarını satın aldıqları qeyd edilir. Onlar da 2018-ci ildə normal həyat yaşadıqları halda birdən-birə zəngin olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi