İstanbul Baş Prokurorluğu tərəfindən aparılan aralarında "Ahbap" xeyriyyə fondunun rəhbəri, müğənni Haluk Leventin də daxil olduğu 28 şübhəli barəsində istinqaq araşdırması davam etdirilir.
Teleqraf xəbər verir ki, prokurorluq "Ahbap" xeyriyyə fonduna üç nəfərdən ibarət yeni rəhbər heyət təyin edib.
İstanbul 8-ci Sülh Cəza Məhkəməsi tələbin qəbul edilməsinə qərar verib.
Məhkəmə qərarında birliyin fəaliyyətinin dayandırıldığı, hesablarının və aktivlərinin dondurulduğu, birliyin ləğvi prosesinin başlandığı bildirilirdi.
Qeyd edək ki, iyulun 27-də səhər saatlarında polis istintaq çərçivəsində yeni reydlər keçirib. 13 nəfər saxlanılıb.
Ümumilikdə, aralarında fondun təsisçisi, rok musiqiçisi Haluk Levent və bloqer Oğuzhan Uğurun da olduğu 28 şübhəli həbs edilib. Onlar fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunurlar.