Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Münir Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ilə görüşüb.
Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Rzayi görüş zamanı İranın Hörmüz boğazı bölgəsində təhlükəsizliyə nəzarəti təmin etdiyini bildirib.
Asim Münir İslamabadın Pakistan-İran sərhədi boyunca təhlükəsizliyi gücləndirmək istiqamətindəki səylərini vurğulayıb.