Kim deyər 60 yaşındadır: Gənc görünüşünün sirri açıqlandı

Britaniyalı aktrisa, model və iş qadını Elizabeth Hurley yaşına baxmayaraq gümrah və gənc görünüşü ilə diqqət çəkən tətbiq etdiyi həyat tərzini bölüşüb. Xüsusilə səhər saatlarında etdiyi vərdiş qısa zamanda böyük marağa səbəb olub.

Sherg.az xəbər verir ki, 60 yaşlı Elizabeth Hurley gənc görünüşünün sirrini açıqlayıb. O bildirib ki, möcüzəvi üsul yoxdur - əsas məsələ sadə və davamlı vərdişlərdir.

Hurley hər səhər günə ilıq su içərək başladığını deyib. Onun sözlərinə görə, bu vərdiş bədəni təmizləyir və günə daha enerjili başlamağa kömək edir.

Qeyd edək ki, aktrisa hazırda Billy Ray Cyrus ilə münasibətdədir.