İş adamı Cemal Özgörkeyin qardaşı qızı Leyla Mizrahi yuxuda vəfat edib. Gənc qadının ölüm səbəbi məlum olub.
Sherg.az xəbər verir ki, 32 yaşlı Mizrahinin qəfil ölümü cəmiyyətdə dərin üzüntü ilə qarşılanıb.
"Sabah qəzeti"nin məlumatına görə, yuxuda dünyasını dəyişən Mizrahinin ölüm səbəbi aparılan istintaq nəticəsində müəyyənləşdirilib. Hadisə ilə bağlı araşdırma aparan prokurorluq gənc qadının ürək tutmasından vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, Leyla Mizrahi təxminən 5 ay əvvəl ana olmuşdu.
Mizrahinin ailəsi sosial media hesabları vasitəsilə gənc qadının vəfatı ilə bağlı ölüm elanını yayımlayıb.
Leyla Mizrahinin cənazəsi bu gün "Ayazağa Mezarlığı"nda torpağa tapşırılacaq.