"Mən bilmirəm necə özümə gələcəm..." - Xatun vəfat edən qardaşından yazdı
09:49 04.04.2021
Şou
897
Bu gün müğənni Xatunun vəfat edən stilist qardaşı Balaşın ölümündən 40 gün ötür.
Axşam.az xəbər verir ki, kədərini sosial şəbəkədə dilə gətirən Xatun qardaşı ilə bağlı bunları yazıb:
"Artıq 40 gün keçdi. Sənsiz yaşayıram. Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, göznurum, atam, anam, dostum, qardaşım, can parçam. Sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram. Dünyanı boz görürəm, sanki bütün gözəl rənglər səninlə birgə yoxa çıxıb. Mən bilmirəm necə özümə gələcəm, nə vaxt ayağa qalxa biləcəm. Sənin iki gül balan indi mənim ən böyük təskinliyimdir. Rəbbim mənə güc, möhlət, imkan versin, körpələrin üçün arzuladığın həyatı onlara yaşada bilim. Gözəl qızların Allaha, sonra da mənə əmanətdir. Yerin hər yerdə görünəcək. Mənim yaraşıqlı, gözəl qəlbli qardaşım. Nurlar içində yat. Allah sənə qəni-qəni rəhmət eləsin!"
Qeyd edək ki, Balaş 2011-ci ildə Gülnarə adlı xanımla ailə qurub. Onların bu nikahdan əkiz qız övladı dünyaya gəlib. Stilistin ölümünə səbəb isə xəstəlik olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat