Məşhur qadının etirafları: "Təkəbbürlü övladlar yetişdirmək istəmirəm"
Yusif Sultanoğlu
12:22 19.11.2023
Şou
606
Məşhur müğənni Robbi Villyamsın həyat yoldaşı, türk əsilli Ayda Field övladlarıyla bağlı diqqət çəkən etiraflar edib. Ayda Field ailəlikcə bir yerə səyahət etdikləri zaman özü və həyat yoldaşının təyyarənin “biznez klass” bölümü, uşaqların isə “ekonom klass” bölümündə əyləşdiyini deyib. A.Field bunun səbəbini də açıqlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ingilis ifaçı və bəstəkar Robbi Villyams aktrisa Ayda Fieldlə 2010-cu ildə ailə qurub. Ayda Fieldin atası türk, anası amerikalıdır. Onların Theodora, Charlton, Coco və Beau adında dörd övladı var. 49 yaşlı Robbi Villyams Ayda ilə uyumlu, qarşılıqlı anlayışa dayanan bir evlilik yaşadıqlarını deyib: “Bir-birimzidən xoşlanırıq. Bu məni sevindirir və xoşbəxt olmağıma bəs edir”. Ayda Field isə ailə daxilində sərt qaydalar tətbiq etdiklərindən danışıb: “Başqa bir ölkəyə səfər etdikdə, uşaqlar da bizimlə gedirsə, özümüz üçün “biznes klass”a, onlar üçünsə “ekonom klass”a bilet sifariş edirik. Bunu ona görə edirik ki, övladlarımız, birincisi, “biznes klass”ın xüsusi üstünlük olmadığını dərk etsinlər, ikincisi, əyləşdikləri yerin haqqını ödəməli olduqlarını kiçik yaşlarından öyrənsinlər. Təyyarəyə minirik, mən və Robbi sola dönürük, uşaqlar sağ tərəfə. Bəlkə insanlar mənim pis adam olduğumu düşünəcək, amma bu, uşaqların gələcəyi üçün lazımdır”, - deyib. Aktrisa təkəbbürlü, özündən razı övladlar yetişdirmək istəmədiyini və onları bu vasitəylə tərbiyə edərək gələcək həyatlarında öz ayaqları üzərində möhkəm durmağa öyrətdiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou