Müğənni: “Özümü kəsib-doğramaq istəyirəm” - İntihara cəhd
Yusif Sultanoğlu
12:28 05.04.2021
Şou
1082
Müğənni Kərim Abbasov “ATV magazin onlarla” verlişinin “ 33 sual” rubrikasında qonaq olarkən həyatı ilə bağlı açıqlamalar verib.
O yaşadığı çətinliklərdən danışıb. “Sherg.az”ın məlumatına görə ifaçı göz yaşlarını tuta bilməyərək bunları söyləyib:
“Valideynlərimi-atamı, anamı itirdim. Artıq itirməkdən qorxuram. O zaman hər kəsdən qaçmışdım. Evdə divanımda bir küncüm var, yalnız mənə məxsusdur. Ailə üzvlərim də oturmur . Qapanmışdım həmin yerə, orda təsəlli tapırdım. Ölənlə kimsə ölmür, amma ölmüş kimi bir şey olursan. Yeni ilim də, Novruzum da qara gəldi.
Bu il mənə düşmədi.Belə acılar yaşadıqdan sonra möhkəm olmursan, sınırsan. İnsan daha da həssaslaşır, başa düşürsən ki, atan, anan getdi, sabah sıra sənə də gələcək. Ailəm, oğlum mənim üçün çox önəmlidir.
Ona görə çox həssasam. Bəzən gözümün önünə ailəmlə bağlı bir kadr gəlir. Düşünürəm ki, onlara nə isə olsa, mən nə edərəm? O an intihar da fikirləşirəm, özümü kəsib-doğramaq da istəyirəm. Çünki onlara bir şey olsa, yaşaya bilmərəm”.
İfaçı deyib ki, onun bir qardaşı da vəfat edib:
“O zaman atamın-anamın nələr yaşadığını görmüşəm. Mən isə dözə bilmərəm. Oğlumu mən öpmədən yatmır, bağcadan götürürəm, getməsəm gəlmir. Bütün deyilənlər çox ciddiyə almaq məni həssaslaşdırdı. Əsəb dispanserində də müalicə olundum. Hətta özünü Napalyona bənzədən insanlarla birgə qalırdım.
Çox əziyyət çəkmişəm. Ona görə özümlə fəxr edirəm. Deyirəm, sən güclüsən, Nələr yaşadım, amma gəldim Kərim oldum. Fəhlənin balası ikən Azərbaycan estradasının ulduzuna çevrildim. Bununla qürur duyuram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm