Nazəninin prodüseri:"Nə Mətanət ad çəkdi, nə də Afət...
Yusif Sultanoğlu
13:23 30.07.2021
Şou
669
Son zamanlar şou-biznesdə baş verən bir neçə olayda müğənni Nazənin Salayevanın adı hallanıb.
Öncə Afət Fərmanqızı bir həmkarının onları pul verərək xaricdə yaşayan blogerlərə söydürdüyünü söyləyib. O, həmin şəxsin adının "N" hərfi ilə başladığını deyib. Bu zaman izləyicilər rəylərdə N.Salayevanın ismini yazıblar. A.Fərmanqızı isə şəxsin kimliyini açıqlamayıb.
Yaxın günlərdə isə Mətanət Əsədovanın qadın alverinə görə həbs edildiyi iddia olunub. Lakin DİN də, müğənninin özü də xəbəri yalanlayıb. Həmin hadisədə də N.Salayevanın adı çəkilib.
Mövzu haqda “Sherg.az”a danışan Nazəninin prodüseri Pərviz Fəqan hər iki xanım müğənni ilə münasibətlərinin yaxşı olduğunu xüsusi vurğulayıb:
“Onların ikisi də ad çəkmədi. Mətanət xanımla da, A. Fərmanqızı ilə də danışırıq. Bizim ismimizi söyləməyiblər. Nazənin xanımın həyatında hər şey yaxşıdır. Pandemiya dövrü və şəhidlərimizlə əlaqəli ara vermişdik . Çox gözəl işlərimiz, layihələrimiz olacaq. Dünyanın sakitləşməsini gözləyirik, sonra təqdim edəcəyik. Təkrar edirəm, kiminləsə problemimiz yoxdur. Sadalanan şəxslərlə də salam-sağ olumuz, hörmətimiz var. O müğənnilərin biri də Nazənin xanımın adını çəkməyiblər. Nəsə deyə bilmərəm. Gözləyək görək, sonu nə olur. Dünyaya korona ayaq açdığı kimi şou-biznesə də bir qanun gəlib, danışırlar, amma ad hallandırmırlar. Yenə də deyirəm, onların bizimlə problemləri yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 95 dolları ötdü
09:58 12.03.2026
İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
09:48 12.03.2026
İqtisadiyyat
"Hizbullah" İsrailə qarşı əməliyyata başladığını elan edib
09:14 12.03.2026
Gündəm
Astroloqlardan 3 BÜRCƏ xəbərdarlıq
08:38 12.03.2026
Maraqlı
Kişilər gizlicə hansı bədən tipinə baxır?
08:02 12.03.2026
Media