Rozadan Afətə:"Mən cavab verəndə hamısı susur"
Yusif Sultanoğlu
10:36 13.07.2021
Şou
600
Müğənni Roza Zərgərli “Onda görüşək” proqramında həmkarı Afət Fərmanqızı ilə qalmaqalından danışıb.
“Sherg.az” xəbər verir ki, o sözügedən verilişdə bunları söyləyib:
“Mən ona pis söz deməmişəm. Söylədim ki, Afət yaxşı qızdır, Flora Kərimovanı görəndə qucaqlayıb barışar. Canlı yayımda bunları danışırdım. Bir nəfər yazdı ki, İlhamə xanım olsa, kimsə at oynada bilməzdi. Mən də qayıtdım ki, doğrudur, çünki o sağ olanda iki xalq artisti qalmaqal edirdi, bizə ehtiyac qalmırdı. Bir az zarafatla söz dedim. Bu məsələni saytlar yenidən gündəmə gətiriblər. Afət deyib ki, Rozanın bir kişi ilə şəklini paylaşdım. Burdan hər kəsə elan edirəm. Mən cavab verəndə hamısı susur. Təkrar nəsə deyə bilmirlər. Montaj edilmiş fotoya gəlincə... Bir jurnalist var idi. O bu fotonu paylaşdırmışdı, mənə layiq olmayan fikirlər yazdırmışdı. Mən də onu məhkəməyə verdim, fotonu ekspertizaya göndərdilər. Məlum oldu ki, bu, montajdır, məhkəməni qazandım. Başqa ifaçılar kimi filankəsi uddum, deyib açıqlamadım. Oğlana dedim ki, bilmədiyin, araşdırmadığın məsələdən yazma. Kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Hamısı bunu bayraq ediblər. Məhkəmənin qərarı ilə o fotodan istifadə edənlər və fikir bildirənlər həmin jurnalist kimi təzminat ödəyəcəklər. Ona görə ağıllı olun".
Qeyd edək ki, iki müğənni arasındakı qalmaqal xalq artisti Flora Kərmovaya görə yaşanıb. A.Fərmanqızı Nəsiminin qəzəlinə mahnı oxuduqdan sonra xalq artisti onu tənqid edib. Bu mübahisəyə R.Zərgərli də daxil olub. O, F.Kərimovanı dəstəkləyib. Yaxın günlərdə məsələ yenidən gündəmə gəlib. A .Fərmanqızı o vaxt R.Zərgərli ona irad bildirəndə həmkarının sözügedən fotosunu paylaşdığını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm