Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

İstanbul Respublika Baş Prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı istintaq çərçivəsində Məhkəmə Tibb Ekspertizası İdarəsində qan, saç və sidik nümunələri təqdim edən Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin test nəticələrinin müsbət olduğu bildirilib.

Məlumata görə, sözügedən şəxslərə qarşı "istifadə məqsədilə narkotik və ya psixotrop maddələrin saxlanılması" və "narkotik vasitələrdən istifadənin asanlaşdırılması" ittihamları irəli sürülüb.