“Vasif Məhərrəmli 25 manata görə bizi təhqir etdi” - Müğənni ilə restoran arasında QALMAQAL
Yusif Nəzərli
13:29 04.05.2022
Şou
1084
Xəbər verdiyimiz kimi, Vasif Məhərrəmli “Qurd qapısı” restoranını quldurluq etməkdə ittiham edərək bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Oxu.Az məsələ ilə bağlı adıçəkilən restoranın inzibatçısı Orxan Abdullayevlə əlaqə saxlayıb.
Saytımıza açıqlama verən restoran nümayəndəsi qeyd edib ki, onları təhqir edərək işgüzar nüfuzlarına zərər vuran müğənni ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəklər:
“Vasif Məhərrəmli hesab üstündə şər atır. Müxbirlərlə gəlib çəkiliş etməyə. Onlara qulluq olunub, xidmət göstərilib. Axırda 110 manat hesabı görəndə dedi ki, “25 manat çay dəstgahının pulunu çıxın, içməmişik”. Dedik ki, bunu əvvəlcədən demək lazım idi, siz artıq durub gedirsiniz, indi deyirsiniz. Ofisiantın maaşı var orada. Dedi ki, yox, çayın pulunu vermirəm. Təkid etdik ki, siz verməsəniz, həmin pul ofisiantın maaşından çıxılacaq. Başladı bizi təhqir etməyə, əlini vurdu masaya, xanımların yanında bizə dedi ki, “siz kişi deyilsiniz”.
Ona nə əl atdıq, nə də ağır söz dedik. Gedib üstümüzə şər atır. Bu gün adamları gəldilər, üzrxahlıq etdilər onun adından, dedilər, özü səhvini başa düşüb, sözünü geri götürür, gələcək. “Instagram”dan da silib paylaşımı. Silsə də, həmin görüntü digər sosial şəbəkələrdə və saytlarda sürətlə paylaşılıb. Mən adamlarına da dedim, aidiyyəti qurumlara şikayət edəcəm. Tapşırsın bütün adamlarına, sosial şəbəkələrdən sildirsin xəbəri, bizim adımızı qaralayıb”.
Oxu.Az-a açıqlama verən Vasif Məhərrəmli isə mötəbər yerlərdən gələn zənglərə və xahişlərə görə paylaşımını sildiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi