Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın Baş Naziri Dmitri Medvedev ilə görüşüb.
AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında ticari-iqtisadi, sərmayə qoyuluşu, kooperasiya, neft-qaz, energetika, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, turizm, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında da müzakirələr olub.