Birinci vitse-prezident Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Sherg.az"ın məlumatına görə, təbrikdə deyilir:

"Bu gün –17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"