Heydər Əliyev - Tarix yaradan dahi şəxsiyyət !

“Ulu öndərin yaratdığı tarix müstəqil Azərbaycan tarixidir. Dövlət quruculuğu və inkişafla zəngin tarixdir”




"Xalqımız Ulu öndəri sadəcə doğum və ya vəfatı günlərində anmır".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, kim Azərbaycanın müstəqilliyinin dəyərini bilirsə, vətəni və dövləti sevirsə, Ulu öndər hər zaman onun yanında, ürəyindədir: 

"Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmasaydı nə baş verəcəkdi? Təbii ki, bu sualın bir cavabı var, bu günkü müstəqil Azərbaycan Respublikası olmazdı. Heydər Əliyev Azərbaycanı bir çox bəladan qurtardı. Güclü iqtisadiyyata malik olan, dünyada nüfuzlu, təhlükəsiz həyat şəraiti təmin olunan, insanların sosial rifahını düşünən bur ölkənin əsaslarını yaratdı. Əgər biz Azərbaycan Respublikasının vətəndaşı olaraq cibimizə şəxsiyyət vəsiqəsi qoyub qürurla dünyanı gəzə biliriksə, bunu Heydər Əliyevə borcluyuq".



Parlament üzvü bəyan edib ki, Heydər Əliyev dünya səviyyəsində tanınan dahi şəxsiyyət idi: 

"Dahi şəxsiyyətlər tarix yaradır. Ulu öndərin yaratdığı tarix müstəqil Azərbaycan tarixidir. Dövlət quruculuğu və inkişafla zəngin tarixdir. Heydər Əliyevin bizim aramızda cismən olmaması heç nəyi dəyişmir. Əksinə, zaman keçdikcə ümummilli lider qəlbimizdə daha da böyüyür. Ulu öndərin istənilən kəlməsi Azərbaycanın həyatı üçün hər zaman aktualdır. Bu gün də ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin ideyaları üzərində güclənir, inkişaf edir. Müstəqil Azərbaycan Respublikası yaşadıqca Ulu öndər Heydər Əliyev də daim yaşayacaq".