“Faşizm həmişə lənətə layiqdir...” - Vüsalə Mahirqızı yazır 

“...Dünən də, bu gün də. Və onun məhvi həmişə  qələbədir"

“Azərbaycan nəyə görə qazanılmasından böyük rolu olan tarixi qələbədən imtina etməlidir?!”


9 May- Faşizm üzərində qələbə həm də bizim qələbəmizdir".
"Sherg.az" xəbər verir ki, bunu "APA" Media Qrupun rəhbəri Vüsalə Mahirqızı feysbuk statusunda yazıb.
Baş redaktor bildirib ki, Azərbaycandan bu müharibədə 660 min nəfər iştirak edib:

"Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib. 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər".

V.Mahirqızının sözlərinə görə, bu qədər qurbanlar verər Azərbaycan nəyə görə müharibədəki qələbə payını qeyd etməməlidir?! : 
"Nəyə görə qazanılmasından böyük rolu olan tarixi qələbədən imtina etməlidir? Bu, bizim tariximizin bir parçasıdır. İkincisi, bu, həm də faşizm üzərində qələbə idi axı. Faşizm həmişə lənətə layiqdir. Dünən də, bu gün də. Və onun məhvi həmişə  qələbədir".