Şərqdə ilk demokratik respublikanın banisi, dahi Məhəmməd Əmin Rəsulzadənın anım günüdür.
“Sherg.az” da siz oxucularına onunla bağlı maraqlı bir faktı təqdim edir.
Bu əhvalatda xalq şairi Səməd Vurğun da var.
M.Ə.Rəsulzadə ona "İyirmi altılar" poemasında "şarlatan" deyə müraciət edən xalq şairi Səməd Vurğun haqqında "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində müsbət fikirlə danışıb. Şairin "Vaqif" dramını Əmin bəy çağdaş Azərbaycan ədəbiyyatının ən uğurlu əsəri hesab edib.
Əlirza Turan xatirələrində danışır ki, "Rəsulzadə bu poemanı(“ İyirmi altılar”-.red) oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, "görün, S.Vurğun sizin haqqınızda nələr yazıb.
Siz isə onu "Çağdaş Azərbaycan ədəbiyyatı"nda millətçi bir şair kimi təqdim etmisiniz". Onda Əmin bəy deyir ki, "Mən yanılmamışam. Əgər o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi.
Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq".