Bolqarıstanın Tirnova ərazisi o dövrdə - 1883-cü ildə Osmanlı hakimiyyəti altında idi. Bəs, hər kəsin qorxduğu, müəmmasını hələ də qoruyan “ Tirnova İfritə” hadisəsi nədir?
“Sherg.az” Türkiyə mediasına istinadən siz oxucularına məlum olay haqqında ilginc faktları təqdim edir.
Tirnovada günəş batdıqdan sonra yaşananlar insanları qorxudurdu. Zaman-zaman mətbəxlərdəki un torbaları boşaldılır, torpaq qarışdırılırdı. Evlərdə qab-qacaq didik-didik edilirdi. Hətta yoldan keçənlərə daş atıldığı da söylənilirdi.
Bəzi insanlar hücumlara məruz qaldıqlarını və üzərlərinə ağırlıq çökmüş kimi hiss etdiklərini deyirdilər. Görəsən Tirnovada nə baş verirdi? Kimsə bu suala cavab tapa bilmirdi.
Nədənsə Tirnovanın ifritələrin hücumlarına məruz qaldığını düşündülər. Artıq bu olayların bir ifritə tərəfindən həyata keçirildiyinə inanan xalq cadugər Nikola Əfəndiyə xəbər göndədi.
Nikola Əfəndi dərhal ətrafdakıları dindirdi. Nikola araşdırmaların nəticəsində baş verənlərin bir ifritənin əməlləri olduğunu dedi. Əhaliyə 800 qəpik müqabilində qəsəbəni ifritələrdən təmizləyəcəyini söylədi.
Tirnova qazısı Əhməd Şükrü Əfəndi, Nikola Əfəndi və əhali məzarlığa doğru yola düşərək ifritələrin yatdığı qəbirləri müəyyənləşdirəcəkdi. Nikola Əfəndi rəsimli bir taxta gətirdi və onu barmağına taxaraq fırlatmağa başladı.Taxta hansı tərəfdə dayansa, ifritənin məzarının o olacağına inanırdılar.
Fırladılan taxta 2 məzarı göstərdi. Bu qəbirlər isə yeniçəri ocağından Tətikoğlu Əli Ələmdar və Abdi Ələmdara məxsus idi. Bu iki nəfər yaşarkən oğurluq, adam yaralama, qətl və daha bir çox cinayətlərlə insanlara zərər vurmuşdular.
Məzarlar açıldı. Yeniçərilərin cəsədlərinin çürümədiyini görən xalq qorxu və təşvişə düşmüşdü. Gözləri açıq idi, cəsədləri isə bir az böyümüşdü.Qorxaraq meyitləri məzarlardan çıxartdılar.
Nikola Əfəndi qəsəbəyə dadanan ruhların dəf edilməsi üçün cəsədlərin qarınlarına biz batırmaq və ürəklərini qaynar suda qaynatmaq lazımdır, dedi. Deyilənlərə əməl olundu. Amma Tirnovada yaşananlar davam edirdi. Bunun üzərinə Nikola cəsədlərin yandırılmasını söylədi.
Çır-çırpı ilə yandırılan cəsədlərin külləri basdırıldı. Tırnova xalqı cəsədləri yox etdi və o gecədən sonra hansısa olay yaşanmadı. Tirnova qazısı Əhməd Şükrü Əfəndinin İstanbula göndərdiyi rəsmi sənəddə hadisələr haqqında belə demişdi.
İddialara görə II Mahmudun 1826-ci ildə yeniçəri ocaqlarını bağlatdırmasından sonra bu olaydakı məqsəd əhalidə yeniçərilərə qarşı nifrət yaratmaq və onlara aid mədəniyyəti yox etməkdi. Qorxu filmlərinə bənzəyən hadisələr nəticəsində xalq yeniçərilərdən nifrət edib, məzarlarını, başdaşlarını dağıtmağa başladı.