Türkiyədə Kayseri şəhərinin Şuşa ilə “qardaş şəhər” olması üçün Milli Məclisə müraciət etmişik.Təklifimizin parlamentin aprel ayında keçiriləcək iclasında müzakirə edilməsi məqbul görüldü”
“Sherg.az” xəbər verir ki, bu sözləri “İyi Parti”nin Kayseri Böyükşəhir Bələdiyyəsinin məclis üzvü Erhan Özhan deyib. O, qaldırılan məsələnin əhəmiyyətindən də danışıb:
“Erməni işğalından azad edilən Şuşa tarixi, coğrafi və mədəni xüsusiyyətlər baxımından türk dünyasının vacib şəhərlərindəndir.
Türkiyə və Azərbaycan arasında tarixdən gələn milli və mənəvi qardaşlıq əlaqələrinin şəhərlər arasında da təsis edilməsindən ötrü Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət paytaxtı elan etdiyi Şuşa ilə türk dünyasının vacib mədəniyyət şəhərlərindən olan Kayserimizin “qardaş şəhər” olması üçün müvafiq qurumlara müraciət etmişik. Onlardan lazımi addımların atılmasını xahiş etmişik”.