Elçibəyin kürəkənindən maraqlı fakt: “Məmurlara deyir ki...”

“Azərbaycanda bir ailə belə imkansızlıqdan bayramı qeyd edə bilməsə, mən rahatlıq tapa bilmərəm”

“Dərhal, ölkə üzrə imkansız ailələri müəyyən edəcək və onlara bayramı layiqincə keçirə bilmələri üçün yardım göstərəcəksiniz”  


Türkiyədə yaşayan tanınmış siyasətçi Aqil Səmədbəyli qaynatası, eks- prezident Əbülfəz Elçibəylə bağlı maraqlı fakt paylaşıb.
“Sherg.az” xəbər verir ki, A.Səmədbəyli öz Feysbuk profilində bunları yazıb:
“1993-cü ilin Mart ayında Əbülfəz Elçibəy hökümət nümayəndələrini toplayıb, onlara belə deyir:
 “ Bu bayram Azərbaycanda bir ailə belə imkansızlıqdan bayramı qeyd edə bilməsə, mən rahatlıq tapa bilmərəm. Dərhal, ölkə üzrə imkansız ailələri müəyyən edəcək və onlara bayramı layiqincə keçirə bilmələri üçün yardım göstərəcəksiniz”.  Dediyi kimi də olur”.