Soyqırımı niyə məhz 31 Martda törədildi? – "Sirr pərdə”si çəkilir   

Sabah 31 mart soyqırımının növbəti ildönümüdür. Azərbaycan tarixinə qara hərflərlə yazılmış bu gündə minlərlə azərbaycanlı qətlə yetirilib. İnsanlarımız ən ağır işgəncələrə məruz qalıblar. Bununla belə, həmin qətliamın müəlliflərindən birinin- ermənilərin konstitusiyasında indi Aəzrbaycan və Türkiyəyə qarşı ərazi iddiarı barədə maddə var. Çox paradoksaldır, elə deyilmi?

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini Faiq Ələkbərli bu barədə “Sherg.az”a danışarkən dedi ki, mart soyqırımı bir neçə günlük hadisə deyil. O, həmçinin baş verənlərin arxasında dayanan məqsədi də açıqladı: 

“1917-1918-ci illərdə rus və ermənilər Qafqazda “təmizləmə” işləri aparırdılar. Məqsəd türkləri yox etmək, ərazini xristianlaşdırmaq idi. Yeri gəlmişkən, bildirim ki, Ermənistan dövləti də elə həmin amala görə yaradılmışdı. Hətta sonradan bir neçə xristian dövləti yaratmağa cəhd göstərilsə də, həmin səylər iflasa uğramışdı.

Qətliamlar  təkcə Şimali yox, eyni zamanda Cənubi Azərbaycanda törədilirdi. Məsələn, Urmiya, Soy, Salmas şəhərlərində də insanlara divan tutulmuşdu.

Bəlkə də, Osmanlı imperiyasının ordusu yardıma gəlməsə idi, erməni daşnakları və rus bolşevikləri arzularına çatardılar. Ermənilər təkcə rusların deyil, eləcə də, Qərbin dəstəyi ilə bu hadisələri törədirdilər. Ümumiyyətlə, ermənilərin bizim başımıza gətirdikləri bütün müsibətlərdə Rusiya və Fransa kimi Qərb ölkələri onları dəsətkləyib. Soyqırımdan sonra Cənubi Qafqazın bir hissəsi ermənilərin nəzarətinə keçdi və Lelin Stepan Şaumyanı bura komissar təyin etdi. Təəssüf ki, bir çoxları həmin hadisələrin mahiyyətini hələ də bilmir. Məqsəd “Böyük Ermənistan yaratmaq”, türkləri regiondan çıxarmaq idi”.

Alimin fikrincə, soyqırımın mart ayında törədilməsi təsadüfi deyil:

 “Erməni daşnaklarının və rus bolşeviklərinin “əməkdaşlığı” dəfələrlə özünü göstərib. Bu, faktdır. Ermənilər türklərin 1915-ci ilin aprelində onlara qarşı soyqırım törətdiklərini iddia edirlər. Məncə, 1918-ci il hadisələrinin martda olması “intiqam” idi. İstənilən halda biz tarixi həqiqətləri bilməli və keçmişdən dərs almalıyıq”.