Zamanın diktəsi: "Biz Zəngəzura qovuşacağıq”

Qarabağın böyük bir hissəsini azad etdikdən sonra cəmiyyətdə hazırda işğal altında olan digər torpaqlarımıza, o cümlədən Zəngəzur və İrəvana qayıtmaqla bağlı böyük ümid yaranıb. Dövlət başçısının ötən günlərdə bu barədə verdiyi anonsu da nəzərə alsaq, Zəngəzurun azad edilməsinin yaxın gələcəyin əsas prioritetlərindən olduğunu əminliklə deyə bilərik. Ölkə başçısı qeyd edib: 
"Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.



 Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Sherg.az”a açıqlamasında bu məsələyə münasibət bildirdi. 
“Əlbəttə, biz bütün torpaqlarımıza qayıdacağıq. Zamanın şərtləri, diktəsi necə tələb edərsə, tarixi torpaqlarımızı elə də azad edəcəyik. Bu, mütləq olacaq. Hətta bütün dünya düşmənlərimizin havadarı olsa da, biz Zəngəzura qovuşacağıq”.