Elm adamları İspaniyanın şərqindəki tarixən əhəmiyyətli olan “Cova Gran de Santa Linya” bölgəsində 14 min il əvvəl yaşayan bir qadının skeletini ortaya çıxarıblar. “Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, “Linya” adlanan qadının qalıqları insanlığın bioloji və sosial təkamülü haqqında yeni fikirlər verir.
Bu ərazidə son Neandertalların və ilk müasir insanların da qalıqları aşkar edilib. Qadının kəllə sümüyü, onurğaları və qabırğaları aşkarlansa da, onların vəziyyəti pis olduğu üçün analiz edilməyib. Arxeoloqlar qadının yaşını təyin etmək üçün karbon-14 tarixləməsindən istifadə ediblər.
Elm adamlarına görə, “Cova Gran de Santa Linya” bölgəsi İberiya yarımadasının şimal -şərqində insan təkamülünün öyrənilməsinin “açarı” sayılır. 6500 kvadrat kilometrdən çox ərazini əhatə edən bölgə 45 min il əvvəl son Neandertallar, 37-30 min il əvvəl isə ilk müasir insanlara dair sübutlar göstərən “keçid” bölgələrindən biri olaraq böyük əhəmiyyətə malikdir.