Nasist Almaniyasının1939-cu il sentyabrın 1-də Polşa üzərinə hücumu ilə başlayan və 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatan İkinci Dünya müharibəsininXX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri olduğunu hər kəs bilir.Dünya xəritəsindəki dövlətlərinböyük bir hissəsinin ictimai-siyasi həyatında baş verən qlobal dəyişikliklərin səbəbi, Avropa və dünya xalqları üçün ölçüyəgəlməz ağrı və iztirab gətirən,60 milyondan çox insanınkütləvi ölümünə səbəb olan, minlərlə şəhərin və çoxsaylı ölkələrin dağıdılmasına gətirib çıxaran və məhz buna görə də heç zaman unudulmayan məhz bu qanlı-qadalı müharibə olmuşdur. Mən bu kiçik yazıdayerli sakinləri əsasən Azərbaycan türklərindən ibarət olan Göyçə mahalının Basarkeçər rayonunun İkinci Dünya savaşında iştirakından bəhs etmək istəyirəm.
İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanlıların böyük töhfəsindən, bu müharibənin əsas ağırlığını öz üzərinə götürən xalqlardan biri olduğundan çox yazılıb, çox deyilib. Bəllidir ki, müharibənin ilk günlərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olunmuş. 600 mindən çox azərbaycanlı cəbhəyə səfərbər olunmuş, Azərbaycanlılardan təşkil edilən diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşdu. Əsgər və zabitlərimiz Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Brest, Belarus, Pribaltika cəbhələrində cəsarət, igidlik nümayiş etdirmişlər. Onların təqribən yarısı ümumi Qələbə uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Arxa cəbhədə də Xalqımız Qələbə üçün gecə-gündüz, yorulmadan çalışmış, bütün ölkəni yanacaqla təmin etmişdir. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanneftçiləri tərəfindən istehsal olunmuşdir. Əgər bunlar olmasaydı, bu gün Qələbədən danışmaq sual altında ola bilərdi.
Müharibənin başladığı ilk gündən tarixiGöyçə mahalının Basarkeçər rayonunda səfərbərlik elan edilərək, hərbi xidmətə yararlı olan hər kəs cəbhəyə çağırıldı. Müəyyən etdiyimiz rəqəmlərə görə, qısa bir vaxtda 3500 nəfərdən artıq soydaşımız cəbhə bölgələrində ön səflərdə azğın düşmənə qarşı vuruşlara qatılmışdı.
Müharibənin geniş coğrafiyasına uyğun olaraq, Şimali Qafqazdan tutmuş Avropanın dərinliklərinə qədər bütün ölkələrin ərazisində baş vermiş yüzlərlə, minlərlə böyük və kiçik döyüşlərdə iştirak edən Basarkeçərlilər qəhrəmanlıqla vuruşmuşlar. Vətən hesab etdikləri torpaqların müdafiəsində fədakarlıq səhifələri yazmışlar. Üzə çıxardığımız məlumatlara isnadla, müharibə illərində, eləcə də müharibədən sonra 400 nəfərdən çox həmyerlimiz keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuşlar.Təltif olunanlar sırasında56 nəfər “Qızıl Ulduz”, 4 nəfər “Qırmızı Bayraq”, 2 nəfər “Şərəf Nişanı”,3 nəfər I dərəcəli “Şöhrət”,25 nəfər IIIdərəcəli “Şöhrət”, 9 nəfər I dərəcəli “Vətən Müharibəsi”, 25 nəfər II dərəcəli “Vətən Müharibəsi” ordenləri ilə, 124 nəfər ”İgidliyə görə”, 69 nəfər “Döyüş xidmətlərinə görə”, 32 nəfər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, 18 nəfər “Qafqazın müdafiəsinə görə”, 8 nəfər “Berlinin alınmasına görə”, 3nəfər“Varşavanın azad edilməsinə görə”, 11 nəfər “Stalinqradın müdafiəsinə görə”, 3 nəfər“Vyananın alınmasına görə”, 4 nəfər “Köniqsberqin alınmasına görə”, 7nəfər “Belqradın azad edilməsinə görə”, 16 nəfər “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif edilmişlər.
Məsələn,Aşağı Şorcadan baş serjant Həmzəyev Mahmud Xanış oğlu iki “Qırmızı Ulduz” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə, Babacan kəndindən leytenant Əjdərov Məhəmməd Cəfər oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri ilə,Böyük Qaraqoyunludan sıravi əsgər İmanov Ədalət Əli oğlu “Qırmızı Ulduz”, “III dərəcəli Şöhrət” ordenləri ilə, Böyük Məzrədən qvardiya leytenantı Cahangirov Pənah Hacı oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri ilə,Böyük Məzrədən yefreytor Şıxıyev Fərman Xəlil oğlu üç“İgidliyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”və “Stalinqradın müdafiəsinə görə” medalları ilə,Daşkənddənsıravi əsgər Əliyev Ənvər Oruc oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordeni, “İgidliyə görə” və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”medalları ilə,Çaxırlı kəndindənkiçik serjant Cabbarov Yusif Əmican oğlu “Qırmızı Ulduz” və “III dərəcəli Şöhrət” ordeni ilə, Çaxırlı kəndindən baş texnik-leytenant Çayxorski Böyükağa Abbasəli oğlu “Qırmızı Ulduz” ordeni, iki “Döyüş xidmətlərinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Qafqazın müdafiəsinə görə”, “Vyananın alınmasına görə”, “Belqradın azad edilməsinə görə” medalları ilə,Canəhməddən qvardiya baş serjantı Qəmbərov Abbas Qulu oğlu “II dərəcəli Vətən Müharibəsi” ordeni , “İgidliyə görə” medalı ilə,Qaraimandan kiçik leytenant Aslanov Müzəffər Eyyub oğlu iki “Qırmızı Ulduz Ordeni”, “I dərəcəli Vətən Müharibəsi ordeni”, “İgidliyə görə”,“Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə,Qaraimandan sıravi əsgər Əliyev Qoşqar Əli oğluikidəfə “3-ci dərəcəli “Şöhrət” ordeni”, və “İgidliyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”və “Berlinin alınmasına görə” medalları ilə,Qaraimandan leytenant Kazımov Rüstəm Sadıx oğlu “Qırmızı Ulduz”, “Qırmızı Bayraq”, “II dərəcəli Vətən müharibəsi” ordenləri ilə, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Qafqazın müdafiəsinə görə” medalları ilə,Qızılvəng kəndindən Həsənov Ramazan Mədəd oğlu “Qırmızı Ulduz”,“II dərəcəli Vətən Müharibəsi” ordenləri ,“Döyüş xidmətlərinə görə”, “Varşavanın azad edilməsinə görə” və“Berlinin alınmasına görə” meddalları ilə,Sədənağac kəndindən starşina Şərifov İslam Məhəmməd oğlu“Qırmızı Ulduz”ordeni,“İgidliyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və ”Döyüş xidmətlərinə görə” medalları ilə, Şişqaya kəndindən Bayramov Şəki İsrafil oğlu “Qırmızı Ulduz” ordeni, “İgidliyə görə” medalı ilə,Zod kəndindən Əhmədov İbrahim Yusif oğlu “3-cü dərəcəli Şöhrət” ordeni ilə, “İgidliyə görə”,”Döyüş xidmətlərinə görə”,”Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə,Zod kəndindən Əhmədov Əhəd Vəli oğlu iki dəfə “İgidliyə görə”,”Döyüş xidmətlərinə görə”,”Stalinqradın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Vyananın alınmasına görə”, “Budapeştin alınmasına görə”və adlarını bu yazıda çəkmədiyimiz onlarca digər soydaşımız çoxlu sayda orden və medallarla təltif olunmuşlar.
Bütün bunlar sübut edir ki, Basarkeçərlilər savaşmeydanlarında özlərini fədakar hərbçilər, cəsur əsgərlər kimi aparmışlar. Rütbəsindən asılı olmayaraq, istər sıravi əsgər olsun, istərsə də yüksək rütbəli zabit, müharibədə, döyüş meydanlarında öhdələrinə düşən vəzifə borclarını layiqincə yerinə yetirmək üçün canlarını, qanlarını əsirgəməmişləır.
Arxiv fondlarında apardığımız araşdırmalar nəticəsində İkinci Dünya müharibəsindən1652həmyerlimizin qayıtmadığı haqda məlumatlar əldə edə bildik. Onlardan bir çoxu döyüş meydanlarında, əsir düşərgələrində həlak oldular və ya itkin düşdülər. Müharibəyə yola düşənlərin əksəriyyəti 18-45 yaşlı gənc kişilər idi.
Müxtəlif arxivdə saxlanılan, zamanın təsirindən, daşıdığı acı xəbərin ağırlığından, qat-qat, əzik-əzik olmuş, bəzən də cırılıb tökülmüş, sadə qələmlə yazılmış xırda kağız parçalarında Vətən yolunda Şəhid olan hər bir döyüşçümüz haqda az da olsa məlumat əldə edə bildik. Şəhidlərimizin hər birinindüşmən qarşısında necə igidliklə döyüşdüklərinin şahidi olduq. Fərqi yoxdur, nə qədər döyüşdü, neçə düşmən əsgərini öldürdü, ön cəbhədə yalnız bir sutka dayana bildi və ya bütün müharibəni birinci gündən son günə qədər keçdi. Əhəmiyyətlisi odur ki, yağış kimi yağan güllələr, ardı-arası kəsilməyən bomba, mərmi partlayışları altında, soyuğa, istiyə baxmadan, öz torpağını müdafiə etdi, onun üçün canını qurban verməkdən çəkinmədi.
Yeri gəlmişkən, Sovetlər Birliyi dağıldıqdan sonra dövri mətbuatda, bədii ədəbiyyatda bəzən Faşist Almaniyasının apardığı müharibəyə xilaskar, ədalətli müharibə, Hitleri isə millətlərin xilaskarı kimi göstərmək, alman faşizminin təcavüzünə bəraət qazandırmaq cəhdləri olur. Bu cəhdlər, xalqın, millətin qələbə üçün cəkdikləri ağır zəhməti, misilsiz mübarizəni heçə endirir, Vətən uğrunda canından keçmiş milyonlarla insanın xatirəsini kölgədə qoyur. Əslində belə cəhdlər, köklü olaraq yanlış və səhv olmaqla yanaşı, irqçilik, şovinizm təbliğ edənlərin, başqalarının ərazisinə göz dikənlərin irtica siyasətinə haqq qazandırmaq cəhdidir. Azərbaycana qarşı illər boyu hərbi təcavüzə başlamış və onun torpaqlarının 20 faizini müvəqqəti işğal etmiş erməni faşistlərinə haqq qazandıran bir arqument kimi ortalığa atılmışdı. Amma müzəffər Azərbaycan ordusu 44 günlük Böyük Qarabağ müharibəsində bütün dünyaya sübut etdi ki, başqasının torpağına göz dikənlər, güc, zorakılıq tətbiq etməklə, qan tökməklə ərazilərini genişləndirənlər, müvəqqəti “qalib” olsalar da, gec-tez məğlub olurlar.
Nahaq yerə deyilmir ki, bəşəriyyəti faşizm taunundan xilas edənlər tarixin yaddaşında əbədi yaşamaq hüququ qazanıblar. İkinci Dünya müharibəsindəQələbənin əldə edilməsində canından keçmiş, cəbhələrdə igidliklə döyüşmüş, arxa cəbhədə rəşadətlə çalışmış, indi artıq həyatda olmayan hər bir azərbaycanlının, o cümlədən Basarkeçərlinin ruhu qarşısındabaş əyir, onları ehtiramla yad edirik.