İspaniyanın Barselona şəhəri yaxınlığındakı qazıntılar zamanı 60 min illik tarixə malik olan bir düşərgədə Neandertal insana aid qalıqlar aşkarlanıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, “Rovira i Virgili” Universitetində Tarixdən əvvəlki Araşdırmalar Departamentinin rəhbərliyi altında təxminən 20 arxeoloqdan ibarət qrup qalıqların araşdırılmasında iştirak edib.
Neandertalların yem axtaran ovçuları olduğu bildirilib və qazıntılar zamanı yediklərinin qalıqları da tapılıb. Araşdırma aparılarkən çaxmaq daşından, əhəngdən və qumdan hazırlanmış çoxlu daş alətləri də üzə çıxıb.