Cəsarət Əliyev
Orta yüzilliklərdə dağ başında, insan sıxlığının az olduğu, başqa sözlə, alıcı olmayan bölgələrdə Lahıc, Dəmirçi (Şamaxı) təki metal, Basqal təki kəlayağı ürütən sənaye şəhərləri necə yaranmışdı? Ağsudakı batmış şəhər boz çöldə hansı nədəndən salınmışdı?Lahıcın, Dəmirçinin, Basqalın, Ağsudakı batmış şəhərin yaranma, böyümə nədənləri içərisində oxşar nəsə varmı?
Bu yazıda, ötənin və yağının daş yaddaşımızın üzünə çəkdiyi kiri silməyə çalışacağıq.
Bir neçə il öncə Ağsudakı batmış şəhərə getmişdik. Şəhərinqalıqları ilə tanış olduq. Demə, bizi şəhərlə tanış edən kəs bu işə görə heç əmək haqqı da almırmış . Amma bu yazıda bütün bunlardan söhbət açılmayacaq. İstək, keçmişlə bağlı gördüklərimizə aydınlıq gətirməkdir. Nədən yaşamağa yararlı olmayan bu çöldə insanlar şəhər salıb? Yaranma ötəsi hansı dövrə çəkir?
Bizə bu sorğulara nəzəri modelləşdirmə ilə aydınlıqgətirmək elə də çətin deyil. Amma faktlara söykənən araşdırma, yaranma dövründə ölkədə şəhərsalma qanlanının (mədəniyyətinin, qanacaq da bu sözdəndi), arxitekturasının, bunların ölkənin başqa bölgələrində olan tikililərlə bağlılığının öyrənilməsi,bir yandan, sanballı bir qaynaq yaradar, o biri yandan, qurulmuş nəzəri modelə yıxılmaz bir arxa olardı. Məsələn, orta yüzilliklərdə, bütün Azərbaycan torpaqlarını bürüyən sufi türbələrinin az qala eyni arxitekturası var: səkkiz künclü gövdənin üzərində səkkiz yastı üzlü konus başlıq (künbəz) oturdulub. Amma dövrü birgəlik təkcə arxitektur oxşarlıq, bəzənsə tam eyniliklə bitmir. Dövrü birgəlikbir ölkə sınırlarından kənara çıxaraq bir çox ölkənin, bəzənsə toplumların sosial istəyindən, alış-veriş gərəyindən də doğa bilər. Məsələn, Suraxanıda yanar ocaqları karvan yolunda olan hindli odabaşəyənlər tikiblər. Bu söz sizə heç nə demədi? Karvan axı çox nəsnələr doğurub, elə muğamı götürək. Karvanda doğulan (bəlkə də, kökü hansısa bir ölkədə qoyulmuş) muğam sonralar bir çox ölkələrdə oturuşmadımı?! (“Yer yaranmamışdan biz elə buralarda yaşamışıq”deyənlərin hanı muğamı?Axı karvan yolu buralardan, oralardan keçib. “Karvan” oturub-dincələndə, alış-verişdən yana dayananda yerlilər karvanla gələn muğamı da alıb-yayıblar. Bəs, hanı oralarda el ruhuyla yoğrulub yenidən doğulmuş el muğamı? Adı türk sözündən törənən tarı, başqa alətləri çırpışdırmaqla keçmiş yaratmaq olmaz.Bu da olsun, iblis yalanının başqa bir şəkildə üzə çıxarılması. Hələ qarşıdan Yerivan (farsdan gəlmə İrəvan yox), Suvan (Sevan) və başqaları gəlir. Nə düşünürdünüz, yoxsa Naxçıvan, Şir(i)van, lap elə Van özü Tanrı qarğımışların sözüdür? Eh, siz. Niyə “Tanrı qarğımışlar”? Bəzən toplumda baş verənlərlədoğada baş verənlər arasında bir bağlılıq olur. Onda deyirik, olsun tanrı bu işə əl qatıb. Bəlkə də uydururuq, kim bilir, bəlkə də doğrudur. 1988-89-cu illərdə, azərbaycanlılara qarşı Ermənistanda terror başlayanda göylərdən bir səs gəldi. Spitakdakı yertərpənməsi, bütün Ermənistandan yana, dinlərinə uyğun desək, çox-çox öncə çalınan “əcəl zəngi” idi.Bununla göylərdayanın, insanlığa qarşı bu suçu törətməyin deyirdi. Amma eşidilmədi. O sürə, özünü qoruya bilməyən azərbaycanlılaraqarşı nələr edilmədiki. Bu da bəs etmədi, Azərbaycan torpaqlarını basqı altına alan Ermənistan, insanlıq adına ləkə gətirən bütün cinayətlərə əl atdı, Xocalıda etnik qırğın törətdi. Bu günsə Azərbaycan döyüşçüsü, gücü yalnız qocaya, uşağa, qıza, qadına çatanları dünyanın gözü qarşısında zorladı. Toplumunu, dövlətini zorladı. Köçəryan dedi, bizi şərəfsiz etdilər. Şərəfsizi şərəfsiz etmək çətindir, mənliyinizi çoxdan itirmişdiniz. Siz şərəfini, ləyaqətini, mənliyiniitirmişTanrı qarğımışlarsız, belə daha doğru olar. Deyirlər, Tanrı kimi qarğıyırsa, öncə ağlını əlindən alır. O da yanlış addımlarıyla suç içində batır, özü öz ölümünü qaçılmaz edir.)
Ağsuda batmış şəhərdə tapılanlardan biri, iri bir tikilidir. İçərisində bir çox otaq iç-içədir, çoxgözlü hamamı var. Bina, içinə su doldurulası dərin qazılmış arxlarla sınırlanıb. Başqa bir tapıntı, böyük açıq alan, məscid yeri ilə eyniləşdirilib. İlgili tapıntılardan biri, çox böyük tutumlu, dərin qazılmış saxlancdır. Saxlancdan indiyə təki yaxşı saxlanmış buğda dənələri də tapılıb. Bu, batmış şəhərdə tapılmış ən dəyərli faktlardan biridır. Çoxlu saxsı qablar da, tapıntılar içərisindədir.
Tapıntılara anlam verəndə,binanı sınırlayan, içinə su buraxılmış arxa, güvənlik qurğusu təki baxılıb. Açıq alan məscid adlandırılıb, baxmayaraq orada,məscidə oxşar heç bir tikili qalmayıb. Saxlanca isə, hamının birgə tikdiyi,ayrı-ayrı ürünlər saxlanılan yer anlamı verilib.
Elə o andaca sorğular qalxdı.a) Bu şəhər, görənhansı ötədəsalınıb? b) Bütün şəhəri qoyub yalnız bir binada güvənlik qurğusunun, su arxının tikilməsini necə anlayaq? Bütün şəhəri alan yağı bir binanın su doldurulmuş arxı qarşısında aciz qalacaqdımı? c) Necə olur, orta yüzilliklərdə tikilən türbələr, məscidlər yaxşı qalıb, bu günümüzə gəlib çıxıb, amma bu şəhərdə məscidin yerində heç uçurulmuş bir divar daşı da qalmayıb? Bəlkə o, taxtadan tikilibmiş? d) Hansı ötədənbəri Azərbaycanda kommuna tipli toplum yaşayıb? Hələ birgə,çox iri saxlanc da tikib?! Əgər saxlanc,uzun sürə qurşağa alınmış şəhərdə aclığın qarşısını almaqdanyana tikilibsə, onda nə qoruyucu qalası olan, heç sınırlarında suyla doldurulmuş arxı da olmayan şəhərəyönəli belə bir işin anlamı nədir? Şəhəri asanlıqla alan yağı saxlanca da yiyə durmayacaqdımı? İlgilidir, o dövrdə yaşayan insanların belə ağılsız sayılması kimlərin “ağıl” işidir? Bəlkə, saxlancın tikilməsinin başqa bir nədəni var, bəlkə o, dövrünün iri kapitalının iş istəyinə uyğun yaradılmış bir nəsnədir? e) Şəhərsalma bir ilin, heç on ilin də işi deyil. O, onilliklərlə, yüzilliklərlə sürür. Bu sürədə şəhərdə heç ölən, basdırılan olmayıb? Haradadır şəhər qəbiristanlığı? Şəhərin yaşını, 50-100 il sapınma ilə qəbiristanlıqdakı baş daşları üzərindəki yazıların köməyilə tapmaq olardı. Şəhərdə yazılı heç nə qalmasa belə, qəbiristanlıqda qalmalıdır axı. Birdəki, şəhər basqı ilə alındığından, bu isə (dediklərinə görə) yaxın ötədə baş verdiyindən küçələr öldürülmüşlərin sümükləri ilə dolu olmalıydı, hanı bəs? f) Şəhərdə bir dənə də olsun yonulmuş iri ağ daşlarla tikili yoxdur. Bütün tikililər ucuz çay daşlarındandır. Yiyə durduğu irı şəhərdə bütün tikililəri çay daşından yapan Xanlıq?Bu nə xanlıqdır axı?
Bir misal çəkim, deyəndə bəs, Ağsu (yaxın yüzillikdə) Şamaxıdakı yertərpənməsindən sonra köçənlərin hesabına yaranıb (şair demişkən, “nə bir beyin işlədərək, nə bir baş”, belə keçmiş yaratmağa nəvarki!), deyirəm, bu necə ola bilər axı, təkcə Ağsudakı Şıx Dursun türbəsinin, onun yanında salınmış qəbiristanlığın yaşı XIII-XV-ci yüzilliklərə çəkir (azı-çoxu ola bilər, tam öyrənilməyib, çoxlu qəbirlər batıb, yeni qəbir qazıldıqda bəzən köhnə qəbirə düşür; bir də, Şıx Dursun türbəsinin köhnə qəbiristanlıqda tikildiyi, yoxsa əksinə olduğu, hələ araşdırılmayıb. Sufi türbəsi olan “Şıx Dursun”un keçmişinin saxtalaşdırılması ayrıca bir məsələdir. Bu keçmişi saxtalaşdıranlar bilsə yaxşıdı, Şıx Dursunun son üç yüz ildəki ardıcılları Ağsuda yaşamış, adları bəlli olan insanlardı (Babadağ sufiləri): sofu (sufi) Piri, sofu Osman, sofu Məhəmməd. Onlar mal yiyəsi ola bilər, amma malabaxan olmayıblar. Həm oturuşmuş, hən də köçəri həyatında hələ də bu iki anlayışı, mal yiyəsiylə çobanı ayırd etməyənlər var. Sovetlərin dövründə mal yiyələrinin repressiya edilməsi, malabaxanların onların mal-qarasına yiyə durmasına, kolxoza qatılmamış bir hissəsini sataraq varlanmasına gətirdi. Görünür çobanınsovet dövründən qalma bolşevik-kəndlinin toplumda seçilib sayılan obrazı öz işini görüb. Sofu Piriylə Sofu Osmanın qəbirləri düz Şıx Dursun türbəsinin qarşısında idi. Türbənin təmiri ötəsi, görünür, bilməyərəkdən basdırılıb. Sofu Məhəmməd sovet dövründə Qaraqoyunlu üsyanının təkanvericilərindən biri olub, amma üzünə duran tapılmadığından yalnız 1932-ci ildə, sağaldan olmasını (sufi təbabəti, sufi təbibi) kənara ataraq qolçomaq adı altında repressiya edilib. Keçmişi saxtalaşdıranlar bircə sorğunu anlatsalar yetər: Orta yüzilliklərdə Şeyx (Şıx)rütbəsini kimlər ala bilərdi (belə kəslər illərini dünyanın çox ünlü dini mərkəzlərində öyrənməklə keçiriblər), gününü sürüyə baxmaqla keçirən malabaxan bu işi necə görə bilərdi? Pulla saxta, yalan keçmiş yazdıranda, heç olmazsa yer yalanı yazdırın.) Şıx Dursun türbəsindən görünən, yaxınlıqdakı qəbiristanlıqda, adama boy verməyən qəbir daşlarının yaşı,gətirilmə yeri dətam öyrənilməyib. Belə daşların əldə edilməsindən, eləcə də Şıx Dursun türbəsinin tikintisindən yana yaxınlıqda ağ daş qazmaları yoxdur. Onda sorğu yaranır, hətta yaxınlıqda daş qazması olsaydı belə, kiçik köçkün (ya da köçəri) kəndi hansı var-dövlətlə, yatırımla belə iri daşları gətirib, işləyib, tikililəri qura bilərdi?
Bütün bu sorğularla üz tutdum bu işi görən arxeoloqların yanına. Ağsudakı batmış şəhərdən xəbər bilmək istədiyimi eşidib sayğı ilə tapıntılardan danışdılar. Batmış şəhərdə olduğumdan, sözlə cızdıqlarını gördüklərimlə asanlıqla eyniləşdirirdim. Yaxşı işə, gərək yaxşı deyəsən. Amma ... . Şəhərin salınması hansı ötəyə çəkirtəki sorğuma, bu yaxınlarda salınıb,dedilər, top gülləsi tapılıb, bu da yaxın dövrlərə işarə edir.
Dedim, əgər Misir ehramları topla vurulub uçurulsaydı, onda nə deyəcəkdik,ehramlar yaxın ötə tikilisidir? İş,anlatmanın doğru ya yanlış olmasında deyil, hamı yanıla bilər. Faktların belə düşüncə ilə yoğrulmasınınuğurlu bir sonluğa aparacağı inandırıcı deyildi. Başqa sorğulara da tutarlı anlamveriləcəyinəinam itdi. Elə bu nədəndən də,danışığı kəsməyə üstünlük verdik. Hə, danışıq alınmadı.Bu danışıqların son sözünüsə sonda deyəcəyik.
İlgilidir, arxeologiyaya söykənən keçmiş hansı metodologiya ilə öyrənilir? Doğrudanmı batmış şəhərdəki arxeoloji qazıntılar onun yaxın dövrün “əl işi” olmasını göstərməyə yetərlidir?(Şəkidə qazıntılar çoxlu öküz şəkilləri aşkarladı. Hə, nə deməkdi?)
Gəlin bu söhbəti hələlikdayandıraq.
Dəmirçiyə (Şamaxı) tez-tez gedib-gəlməyimiz yerlilər arasında doğal bir fikir yaratmışdı: yəqin kənddə qohumu var. İstəyimi öncədən demirdim, birdən yerlilərdə istəyə uyğun fikir yaranardı axı. Bu da istəmədiyimiz halda yalançı bir keçmişlə bizi üz-üzə qoyar, yanlış yolayönəldərdi. İstəyimizsə belə bir sorğunuanlamaqdı: Orta yüzillikdə dağ başında, insan sıxlığının, gediş-gəlişin az olduğu, alıcılığın, demək olar, olmadığı yerlərdə Dəmirçi, Lahıc təki metal, Basqal təki kəlayağı ürütən sənaye şəhərləri necə yaranmışdı? Niyə bu şəhərlər, yaxın sovet dövründə, bəlkə də, çox-çox öncə, geriləyib xırda sənətkarlar kəndinə çevrilmişdi?
Bilirik, yer-yurdumuz yazılı qaynaqların qorunub-saxlandığı bir yurd deyil. Bu toplumda min illər öncə olub-yaşananlarsa ağızdan-ağıza, dildən-dilə ötürülməklə bu günə daşınıb yaşadılır. (Babalı axtarmayanın boynuna). Ona görə kənddə yaşlı nəsillərin cavanlarla birgə danışıqlarına üstünlük verirdik. Çoxlu sayda danışıqlarımız olsa da, ortada heç nə yox idi. Bir dəfə isə, söhbət alındı. Biz, eşidib söz alsaq da, ortaya söz atıb aranı qızışdırmır, öncədən fikir yaratmırdıq. Birdən, ... yerlilərdən biri ata-babalarından, ata-babalarınınsa ulu babalardan “uzaq ötələrdəkənddən karvan keçdiyini, hətta kənddə karvansara olduğunu” eşitdiyini söylədi. Başqaları da bu sözə arxa durdu, onlar da ulularından belə söhbətlər eşitdiklərini söylədilər. Karvan Quba sarıdan gələrək, Dəmirçi, Lahıc, Basqaldan keçməklə Şəkiyə sarı üz tutar, xeyli sürədən sonra da, geri qayıdarmış.
Hə, biz bax bunu kənddə yaşayanların dilindən eşitmək, dildən-dilə yaddaşı yazılı yaddaşa çevirmək istəyirdik. Alındı.
Doğrudan da, alıcı olmadıqda çox böyük tutumdahansı dəmir-döymədən, hansı kəlayağı ürütmədən söhbət gedə bilərdi. Karvan idi dəmirçi ürünlərinin də, kəlayağının da alıcısı. Alqı-satqı, görünür, ikibaşlı gedirmiş. Ürünlərininbir hissəsini satan, bir hissəsini də dəyiş-döyüş edən dəmirçi, yerinə əlvan, qara metal istərmiş (başqa nəsnələr də, əlbəttə), kəlayağının yerinə isə ipək istənilərmiş (eləcə də, başqa nəsnələr). Bu da, karvanı boşuna fırlanmaqdan qurtarar, həmişə işi olan bir quruma çevirər, gəlirli edərmiş, yeni-yeni iş adamlarının karvana qoşulmasına nədən olarmış. Karvan biznesinə qoşulanlar varlanar, bununla da bu “yeriyən iqtisadi-intellektual arabanın” – karvanın həmişə yeriməsindən yanaçalışardılar. Beləliklə, karvan alıcılığı, karvanla daşınma, karvanla köç dağ belində kiçik kəndlərdə sənayeningörünməyən yüksəlişinə, sənətkarlığın böyüməsinə nədən olur. Bu olay, kiçik dağ kəndlərinin sənaye şəhərinə çevrilməsinin niyəgörəsini açır. Öyrənilməsi gərək olan çox sorğular qalxır: bu karvan yolunda əlvan, qara metal, ipək haralardan haralara alış-veriş yolu keçirdi, ipəkçilik ilkin olaraq Çindən bizə, yoxsa bizdən oralara (belə kəlmələr qıcıq yaratmasın, açmaq gərəkdi), Şəkidən Basqala,yoxsa əksinə daşınıb, hansı ötədən başlayaraq Şəkidə, Basqalda ipək əldə etməkdən yana ipəkqurdu yetişdirilməyə başlanılıb, ipəkqurdu Çindən ya başqa hansı bir ölkədənsə gətirilib?Karvanla silah alğı-satqısının payı nəmənə olub? Bu karvanlar yaxına, yoxsa uzağa işləyiblər? Yaxına işləyən karvanlarda da yük dəvələrlədaşınıb, yoxsa at, qatır, ulaqla? Karvanla silah alveri, öyrənilməsi çox gərəkli olan bir sorğudur. Bu sorğu, bizcə, hələ yaxşı öyrənilməyib. Onun öyrənilməsi çox nəsnələrə aydınlıq gətirərdi. (Hələ də, yalnız düşüncə uydurmalarıyla keçmiş qurayanlarımızın içərisində az qala həyətində “zavod” açıb əlvan-qara metal, silah ürütənlərimiz var axı. Belə nədənlər, adətən, problemin coğrafiyasından, geologiyasından, kimyasından, fizikasından, metallurgiya texnologiyasından baş çıxarmayanların keçmişi iri qara küt qələmlə cızdığı sürədə ortaya çıxır.)
Qayıdaq Ağsudakı batmış şəhərə.
Şəhərdəki tikililərə böyük kapital qoyuluşu olmayıb, o, çay daşından tikilib. Su doldurulası arxla sınırlanan bina, iç-içə otaqları, çoxgözlü hamamı ilə daha çox karvansaranı xatırladır, nəinki Xan sarayını. Məscid adlandırılan alan, insanların birgə alış-veriş etdiyi, yemək yediyi, olsa-olsa, həm də namaz qıldıqları yerə bənzəyir. Məscid tikilisi yoxdur, bəlkə də taxtadan tikildiyi nədəndən tam dağılıb. Saxlancın ölçüləri çox böyükdür. Gücü çay daşı ilə tikiliyə çatanların, topdağıtmaz məscid ucalda bilməyən“kommuna”nın bu böyük saxlancda nəsə sanballı mal saxlayacağı da inandırıcı görünmür.
Bəlkə xanın yay sarayı? Yox, batmış şəhər Ağsudan çox da uzaqdayerləşmir, bir də, dağətəyi, çayboğazı Ağsu daha sərin olardı. Bəlkə varlıların,il içində bəlli bir sürəyə (mövsümi) hesablanmış iş, bazar, sonradansa şəhərə çatası böyüklükdə yaşayış yeri imiş bura.
Əkinə yararlı olan böyük alanda becərilən dənli bitgilərə, otlaqlarda saxlanılan mal-qara sürülərinə baxanlara yurd salınması çox aydın olan, doğruluğu söz dartışmasınagətirməyən bir nəsnədir. Belə bir yurdun böyüyüb iri yaşayış, dənli bitgi, mal-qara satışı yerinə çevrilməsi hansısa bir nədəndənbaş verməlidir axı. Karvan? Sözsüz!Yurd karvan yolu üstə salınıb, yoxsa karvan yolu gəlib yurd yerindən keçib, bu, ayrıca baxılası bir nəsnədir.
Şəhərə az maya qoyulması (çay daşlarından tikililər), məscidin ya türbənin, qəbiristanlığın yoxluğu, buralarda insanlarınildə çoxu iki dəfə, yazda-payızda toplanaraq əkin-biçini yoluna qoyduqlarını göstərir. Bu nədəndən də, şəhər dağıdılarkən orada çoxlu sayda insan olmayıb, qırğın yoxdur. İnsanlar yaz-payız işlərini görüb köç ediblər, qalanlar yalnız saxlancın gözətçiləri, bir də naxırçılar ola bilərdi. Kim bilir, bəlkə də şəhər dağıdılarkən öz gərəkliyini itiribmiş, insanlar köç edib, o, boş olubmuş.
“Karvan” yolboyu,tez korlanmayan yemək ürünləri, diri mal-qara alqı-satqısına da başqatıb. O nədəndən də, saxlanc gəlib-keçəsi karvana böyük tutumda dənli bitgilər, ola bilər,qaxacət də saxlamaq, karvansara isə karvanla gələnləri yerbəyer etməkdən yana tikilibmiş. Karvanın,şəhərdə qalacağı sürədə daşıdığı yükü də, oğurluq yakarvana basqı ola biləcəyi nədənindən saxlancda saxlaması da ağlabatandır. Bəs, niyə yalnız karvansara su arxıyla sınırlanıb? Uzun, isti yola üz tutan karvana dəvələri suvarmaq, su yükünü tutmaq gərəkdi, karvansarada su ilə doldurulmuş arxlar, bir çox başqa gərəkliliyi ilə yanaşı, bu işi də asanlaşdırır, karvandan yanaçəkici olurdu. Birdə, karvan şəhərdə su olduğunu bilərək, onu qoyub yandan keçməzdi.
Açıq alan karvanla gətirilən malların alqı-satqı yeri, ömrünü karvanda keçirənlərin yemək (bazarda yeməkxana çox ağlabatandır), həm də dini ayinlərini yerinə yetirdiyi yermiş, daha daşsız-divarsız məscid yeri yox. Alanda damı saxlamaqdan yana, təpgi olmasa belə ötənin yıxacağı taxta dirəklər qoyula bilərdi. Bir də, basqınçıların hansı yöndən gəlməsindən asılı olmayaraq, İslama etiqad etdiyini gözləmək olar. Necə, onlar məscidlərin də daşını daş üstə qoymurdular?
Karvanın böyük tutumda mal alıcılığı, təkcə yurd yiyələrinin deyil, ətraf bölgələrdən karvanla alverə gələnlərin də varlanmasına nədən olaraq, kiçik bir yurdun şəhərə çevrilməsində böyük roloynayıbmış. Orta yüzilliklərdə Ağsuda batmış şəhər, indiki dövrdə iri satış bazarlarına bənzər bir alan olub. O, yaxın bölgələrdənyana,dövrünün karvan yolunda alış-veriş ötürücüsü, paylayıcısı, indiki terminlərlə desək, “Hub”-ı rolunu oynayıb.
Şəhərin salınma ötəsi, ola bilər, Azərbaycanda orta yüzillkdlərdə yüksəliş-dirçəliş dövrünə, IX-XVI-cı yüzilliklərə gedib çıxsın. İlgilidir, şəhər qalıqlarının neçə qatı var? Məsələn, Dəmirçidə aparılan qazıntılar, indiki Dəmirçinin hansısa neçənci “yeni Dəmirçi” olduğunu göstərdi. Bəs, batmış şəhərdə top gülləsi ilə vurulub dağıdılan sonuncu qatın altında nələr yatır? Şəhərdən keçən qoşunun şəhəri yağmalama istəyi saxlancdakı çoxlu tutumda dənli bitgilərin, şəhərdə toplanmış var-dövlətin ələ keçirilməsi olub, yoxsa siyasi nədənlər də var imiş? Çoxdu sorğular.
Sosial toparlanma, toplum yaranması, insan və toplum köçü, toplum oturuşmasına gətirən sosial turbulentlik, enerji daşınan xətlərin yaranması, bir çox başqa olaylar xətti olmayan sosial-siyasi proseslər içərisindədir. “Toplum qazı”nın, kəs necəliyi kənara qoyulmaqla, hidrodinamikanın köməyi ilə öyrənilməsi bəzi uğurlara gətirə bilər. Belə olan da, bəzi bütöv toplum qanunauyğunluqlarını aşkarlamaq olar. Məsələn, sosial axın yollarında (hansı tip?) sosial turbulentliyinniyə bəzi bəlli bögələrdə oturuşmaya gətirdiyininin öyrənilməsi ilgili olardı.
Yükün, başqa sözlə, hər hansı bir kapitalın daşınma yolları, indiki dildə, enerji damarlarısosial prosesləri yeyinlədən bir nəsnədir. Orta yüzilliklərdə bu işi karvan görüb. Karvan yolu üstə şəhər yaranması ilə Karvanınözü, qarşılıqlı bağlılığı olan (əks-əlaqəli) bir sistemdir: Bir yandan karvan yolu üstə böyüyüb sənaye şəhərlərinə çevrilən kiçik yurd yerləri, o biri yandan, şəhərlə alış-verişdə böyüyüb-güclənən karvan.Bir-biriylə qarşılıqlı ilişgi, bir-birindən qarşılıqlı yararlanma hər iki sistemin – şəhərin də, karvanın da güclənməsinə, dinamik böyüməsinə gətirirdi.Qarşılıqlı ilişgisiz sistemlər getdikcə düşərək yıxılan sistemlərdir. Sosial gəlişmənin orta çağlarında yaranmış imperiyaların uzunömürlülüyünün kök nədəni toplumların çox kiçik ürütməli sosial soyuq sistemlər olması idisə (soyuq sistemlərdə sosial-siyasi proseslər yavaş gedir, bu nədən də prosesin uzun sürməsi çaş verir; əksi – Çin,keçən yüzilliyin 40-cı, 50-ci illərində SSRİ-dən alınan “poluturka” yük maşınlarına alacalanmış gözlə baxan çinlilər, indi dünyanı alacalanmış gözlə onların yaratdıqlarına baxmağa zorlayır), çöküşlərinin niyəsi dövlətin, dövlət başında duranların topmlumla qarşılıqlı ilişgisinin olmaması, toplumun yaratdığının heç olmazsa bir hissəsinin özünə qaytarılmamasıidi. Belə imperiyaların yerində,soyğunçuluqla toplanmış təmərküz kapitalın göstəricisi olan iri piramidalardan başqa nəsə qalmayıb. Bütün marksist fəlsəfədə əks-ilişgidən dəm vurulsa da, sovet sistemində bu iş, heç olmazsa,indi Çində olduğu təki qurula bilmədi. Sonda, totalitar sovet sistemi liberal sistemə yumşaq keçid etmədən dağıldı. Basqı altında saxlanılan toplumların tam soyulması da, basqınçıların çox yeyin siyasi-sosial düşgüyə uğrayıb sıradan çıxmasına nədən olur.
Azərbaycanda da, qarşılıqlı ilişgiylə güclənən bir çox iri şəhərlərlə yanaşı, karvan yolu üstə Dəmirçi, Lahıc, Basqal, Batmış şəhər təki sənaye, kənd ürünləri ürüdən şəhərlər ortaya çıxmışdı. Dünyada, bölgələrdə siyasi xəritələrin dəyişməsi karvan yollarını sıradan çıxardı, yeni siyasi coğrafiyaya uyğun yeni karvan yollarısa yaranmadı. Karvanla şəhər arasında qarşılıqlı ilişgi qırıldı. Bu da, yüksəlişi karvanla bağlı şəhərlərin çökməsinə gətirdi. İlgilidi, Azərbaycanda daha neçə belə, Ağsudakı Batmış şəhər təki karvan yolu üstə olduğundan böyüyüb şəhərə çevrilmiş alqı-satqı alanı olub? Onların çöküşü hansı ötəyə çəkir?
Bu işdə çox dəyərli olan metodologiyadır, o, bir çox şəhərlərin yaranıb-çökmə nədənləriniaçmaqdan yana açardır. Bu metodologiyada dövrü birgəlik, oxşarlıq özünü karvanla bağlılıqda göstərdi. İlgilidir, bu tip oxşarlıq daha geniş homoloji həllər içərisində bir alt sinif deyilki? Buna aydınlıq gətirməkdən yana ayrı-ayrı ötələrdə sosial axınyolları, siyasi yol keçiriciliyi, həm də ... . Hə, həm də daha nələrin öyrənilməsi gərəkdir? Gənclərəyönəli ev tapşırığı: çağdaş dövrdə informasiya köçürülməsi probleminə baxın. Bu problemin içərisində xırda bir məsələnin öyrənilməsi bəs edər: Kürəvi hörümçək torunda hansı strukturlar – informasiya “şəhər”ləriyaranmalıydı, hansılarsa yaranıb, hansılarsa heç yaranmayıb,niyə görə? İnformasiya köçünün gələcəyini necə görürsünüz, getdikcə güclənəcək, yoxsa ötəaşırı çökmə baş verə bilər? Bir kiçicik nəsnəyə də, aydınlıq gətirsəz çox yaxşı olar: Hansı tip(!) qarşılıqlı ilişgi Azərbaycanın güclənməsinə, bu gün bizim “Qarabağ Azərbaycandır” deməyimizə gətirdi?
Ərəb-fars sözlərini bir-birinə “və”ylə, “ki”ylə bağlamaqla yaranan “moltanı budaq cümlələri”nin toplusuna ana dili demək, sonda gənclər arasında çoxgeniş yayılmış funksional savadsızlığa, (artıq başlamış) düşüncə qırıqlığına gətirər. Nə düşünürsünüz, öyüd, bilik bir yana (artıq “Biliyin dəyəri”ndə, “Öyrətmə nə”də bunlardan söz açılıb), xəbər yayan hər tür qurumun “səbətdən gilas”qaydasıyla yaydığı xəbərlərin bu işdə heç rolu yoxdur?
Deyə bilərsiz, bu günkü dilimiz, köhnə ötədə dil deyib təbil çalmış nə Axundov, nə Zərdabi, heç Cəlil dili ilə tutuşdurula bilməz. Bəs, ilkin olaraq dilimizdə yazan Həsənoğlu, Nəsimi, Xətayi dili ilə necə? Heç, deyirsiz. Bu, bu günə təki dilimizin yalnız təmizlənmə yönündə olduğunu göstərir, ona görə dillə bağlı yalançı təbil çalmağagərək yoxdur. İşin başqa bir yanı var. Biz bu gün keçmiş ötədəki dilimizə necə baxırıqsa, gələcək nəsillər də bizim bü günki dilimizə elə baxacaqlar, anlaşılmazdıdeyəcəklər. Bir də,dilimiz doğrudan da həm söz, həm də, qramatika baxımından çox dəyişdirilərək deformasiyaya uğradılıb.Əgər işğala dözmürüksə, onda dilimizin də, işğalına dözməməliyik. Qarşılıqlı ilişgilidir, dilimizə qayıtdıqda, özümüzə, özümüzə qayıtdıqda isə dilimizə qayıdacağıq. Bu da, öz-özünü gücləndirən sistemdir,toplumda daha yüksək intellektual səviyyəyə keçidəgətirər. Toplumda yüksək səviyyəli öyüdün, biliyin qurulması düşüncə kapitalı ürütməyə, bununla da, ən bahalı kapital yaratma ilə indi dünyada çox ünlü ölkələrin sırasına qoşulmağaaparar.
Azərbaycanın Qarabağ uğrunda açdığı savaşda uğur, son bir neçə yuz ildə ilk olaraq dəyərləndirilməklə yanaşı, yalnız Atatürkün çoxlu dünya güclərinə qarşı dayanmaqla qazandığı uğurla tutuşdurula bilər. Savaş boyu, anti-Azərbaycan gücləri heç başını qaldırmağa macal tapmadı.Açığını deyək də, eldə də, Şuşanın qoynuna sığındığı Qarabağdan çox-çox böyük olduğunu ağlına gətirən az idi. (Misal təki deyim, Avropa Birliyi, gərəyincə birləşdirici kapital qoymaması, ya da, kapitalı işə salmaqda gecikməsinədənindən ən güclü üyələrindən biri, Böyük Britaniya krallığını itirdi. Doğrusu belədir: “brexit”ə başqaları daha böyük kapital qoydu. Belə bir nəsnənin baş verə biləcəyini 20 il öncə, “Günəş aktivliyi və sosial təlatümlər” yazısında söyləmişdik. İndi də, Fransa “frexit”ə yönləndirilir.Bu işdə nə olay, nə də termin artıq yenilik deyil. Hə də, AB-nin yüksəlişində öz gələcəksizliyini görənlər var. Biz də, Qarabağı itirə bilərdik, dışdan mayaqoyanlar həm çox idi, həm də güclü idilər. Bir az sonra dünyada baş verəcək olaylar sizləri şaşırda bilər. Görə bilmirsinizsə, gözlük taxın, onlar artıq başlayıb. Sürəsi çatanda deyəcəksiz, nə yaxşıki bu işi biz öz ötəsində gördük.)
Hə, demişdik axı, sonda arxeologiyayla bağlı sözümüz olacaq: Bu torpağın hər qarışı altında dəyəri ölçülə bilməyən bir keçmiş yatır. Yeri başla yox, bellə qazanda, çətin ki doğru keçmişi tapıb oradan çıxarasan.