İsraildə həvəskar dalğıc Şolmi Katzin Hayfadakı dənizdən Xaçlı cəngavərinə aid qılınc tapıb.
"Sherg.az" "Milliyet.com"a istinadən xəbər verir ki, qılıncın 900 illik tarixi var.
Katzinin 4 metr dərinlikdə tapdığı dəniz qabıqları ilə örtülmüş qılıncın 30 santimetrlik qabığı olduğu bildirilib. Qılıncı İsrail Əntiqlər Təşkilatına təhvil verən Katzin nümunəvi vətəndaşlıq sənədi alıb. Tarixi qılıncın yaxın zamanda sərgiyə çıxarılacağı bildirilir.