Almaniyada İkinci Dünya müharibəsindən bəri demək olar ki, toxunulmaz qalmış keks tapılıb. Lübek şəhərindəki zirzəmidə hücumdan sonra yanmış keks 80 il əvvələ aiddir.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, fındıq və badamlı keksdən başqa boşqab, bıçaq və qaşıq, Bethovenin “Ay işığı” sonatası və 9 nömrəli simfoniyasını əks etdirən lövhələr də aşkar edilib.
Araşdırmada iştirak edən Lisa Renn və Doris Mührenberq keksin bişirildiyi vaxtdakı kimi olduğunu söyləyiblər. L.Renn qeyd edib:
“Keksin xarici çox yanmış və his ilə qaralmış olsa da, içindəki fındıq və badamlar nəzərə çarpır. Hesab edirik ki, keks 1942-ci ildə 28-29 mart tarixləri arasında baş vermiş hava hücumu zamanı yanıb”.
Elm adamları tortun kimə aid olduğunu bilmədiklərini, ancaq dağılmış evdə Cohan Varme adlı bir Lübek tacirinin yaşadığını bildiriblər.