Etiraf edim ki, uzun müddət hər hansı bir dövlətin müharibə törətməsi, hər hansı bir dövlətə qarşı savaş törətməsi prosesində həmin dövlətdə yaşayan xalqı deyil, o ölkəni idarə edən rəhbərliyi günahkar hesab etmişəm. Hətta İkinci dünya müharibəsinin meydana çıxmasında belə günahı alman xalqında deyil, Hitlerdə axtarmışam. XX əsr boyu və XXI əsrin bu günlərində Azərbaycana qarşı dünyanın heç yerində görünməmiş terrorlar və müharibələr törətmiş Ermənistanın həm dövlətini, həm də birbaşa erməni xalqının (əgər ona xalq demək mümkünsə) vəhşi simasını görməkdəyəm. 44 günlük Vətən müharibəsində bu murdar xalqdan və murdar marionet dövlətdən intiqam almasaydıq, yəqin ki, mən bu yaşımda dünyanı ən ağır torpaq dərdi ilə tərk edəcəkdim.
Biz zəfər çaldıq. Murdarın murdar sifətini ifşa etdik. Ermənistan 30 illik işğal altında saxladığı Qarabağ yurdunu xaraba qoydu, viran etdi. Qısaca desəm, çox yaralar vurdu bizə. Payını da aldı. Bizim bu qələbəmiz şəhid qanı ilə, şəhid canı ilə qazanıldı. Azərbaycan media qurumları qələbəmizin bütün sevincləri ilə bərabər, şəhidlərimizin də ruhunu əbədiləşdirən duyğulu esselər, teleoçerklər, telefilmlər təqdim etməkdədirlər. Bu media materiallarını diqqətlə izlədikcə erməni adına, erməni xislətinə olan haqlı nifrətimiz birə beş artmaqdadır. Şəxsən mənim erməni xislətinə nifrətimin sonsuzluğu bu murdar “millətin” Azərbaycana qarşı iki əsrdən bəri törətdiyi soyqırım tarixinə yenidən diqqətimə çox bağlıdır. Bu soyqrımları tarixçi alimlərimiz, tədqiqatçılarımız və publisitlərimiz müntəzəm araşdırmaları ilə zaman-zaman gündəmə gətirmişlər. Bu əsərlərin bir çoxu ilə-ünlü yazıçımız M.S.Ordubadinin “Qanlı sənələr”indən tutmuş son günlərin publisitikasındadək çoxları ilə tanışam. Lakin mən bu sırada bir daha yenidən diqqətlə oxuduğum və təkcə Ermənistanı deyil, bu murdar xalqın da murdarlığın bir tədqiqatdan bəhs etmək istərdim. Bu, yazıçı publisist Fərəc Fərəcovun “Yaycı soyqırımı” kitabıdır. Hələ 2002-ci ildə nəşr olunmuş bu kitabı indiki zamanda yenidən xatırlatmağım buradakı iki maraqlı keyfiyyətə bağlıdır: birincisi, Yaycı soyqırımı” ermənilərin tarixən və müasir dövrdə Azərbaycana qarşı törətdikləri saysız-hesabsız soyqırım və terror hadisələrini toplayaraq, tədqiq edərək, publisitik təhlillər apararaq oxucuya təqdim etməsi, ikincisi, bu düşmənin heç vaxt öz əməllərindən əl çəkməyəcəyini, bizə əbədi düşmən olacağını peşəkar publisist çağrışları ilə bizi arxayınlaşmamağa çağırmasıdır.
Müəllif öz kitabına giriş sözü kimi Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respubilkası Prezidentinin Fərmanı”nı oxucuya təqdim edib.
Əvvəlcədən qeyd edim ki, bu tarixi Fərman ermənilərin zaman-zaman və həm də müntəzəm olaraq azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarının uzun müddət gizlədilməsi, sovet ideologiyasının belə faktlara tamamilə yanlış yanaşmasını göstərir və bu faktların üzə çıxarılması, tariximizin obyektiv təhlilini verməsi, martın 31-ni soyqırım günü kimi elan etməsi ilə bizə birbaşa olaraq düşmənin düşmən olduğunu unutmamaq çağrışı ilə dünənimiz üçün də, bu günümüz üçün də, sabahımız üçün də özünün əbədi aktuallığını saxlamaqdadır.
Kitabın “Məkrli köçürmələr” sərlövhəli hissəsində müəllifin ilk cümləsi: “Yer üzərində yüzlərlə, minlərlə millət, xalq və etnik qruplar yaşayır. Onlardan birinin də adı “erməni” dir. “Erməni” sözü indi onları yaxından tanıyan, onların iç dünyalarına bələd olan insanların qulaqlarında hiyləgərlik, xainlik simvolu kimi səslənib, təkcə indimi? Xeyir! Elə tarix boyu onlar haqq-ədalətdən, düzlükdən, paklıqdan, təmizlikdən çox-çox uzaq olublar... Onların necə əməl sahibi olduqlarıni dəqiqliyi ilə anlamaq üçün bəlkə də lüğətimizin mənfi məna ifadə edən sözləri kifayət deyil...”
Fərəc müəllimin bu sözlərində böyük həqiqət var. Bu “millət”in ona uyğun adı hələ tapılmayıb. “Yayıcı soyqırımı” elə bu hissədə ermənilərin türk xalqlarına, xüsusilə azərbaycanlılara qarşı törətdikləri soyqırımları ümumiləşdirilir və oxucuya bu vəhşilərdən istifadə edənləri də xatırladır. Bu sırada I Pyotrun “Vəsiyyətnamə”sinin bütöv şəkildə təqdim edilməsi bir daha yaddaşımızı təzələyir. Bu kitabın bir oxucu kimi mənə təsiri hər bir tədqiqat məqaləsinin sonunda müəllifin müasirlərimizə çağırışıdır: “Düşünək və bütün ətrafımızı düşündürək...”
Müəllif tədqiqatlarında dəqiq faktlara müraciət edərək ermənilərin bu soyqırımlarda ən alçaq sifətlərini göstərir, onların heç bir uşağa, heç bir qadına, günahsız insanlara mərhəmət göstərmədiklərini qələmə alır və bu faktların Şamaxıda, Bakıda, Qubada, Zəngəzurda, Vedidə, Xocalıda...baş verdiyini ürək ağrısı ilə söyləyir.
Əlbəttə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımları haqqında oxucuların müxtəlif kitablardan, araşdırmalardan məlumatlar almışlar. Amma Fərəc Fərəcovun haqqında bəhs etdiyimiz bu kitabındakı fikirləri aydın bir dildə və aydın bir üslubda olub və hər kəsə erməni xislətinin nə olduğunu dəqiqləşdirir. Ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qətliam barədə özünəməxsus təhlillər aparan müəllifin aşağıdakı fikrinə diqqət edək: “Bütün bəşər tarixini, bütün millətləri, xalqları saf-çürük etsək belə, bu cür çirkin əqidəyə, məkrli niyyətlərə mübtəla olmuş ikinci bir millət, xalq təbii ki, görə bilmərik. Görünür, bu zümrənin xamırı araqarışdırmaqdan, ikiüzlülükdən, hiylədən, qandan yoğrulub”. Müəllifin bu cümlələrdəki fikirləri bizi bir daha düşünməyə vadar edir ki, bu murdar “millətin” həmin murdar xisləti heç vaxt dəyişməyəcək və biz bu dəyişməzliyi heç vaxt unutmamalıyıq. Və müəllifin Xocalı qətliamından doğan bir fikrinədə hər kəs şərik olmalıdır: “Bu ağır faciə qəlbimizə, düşüncəmizə hakim kəsilməli, bir an bizi tərk etməməli və rahat buraxmamalıdır”. Tədqiqatçılarımızın, publisistlərimizin, o cümlədən Fərəc Fərəcovun bu dəqiq töviyələrə bizi unutqanlıqdan uzaqlaşdırdı və yəqin ki, 44 günlük Vətən müharibəsində döyüşçülərimizin qisas istəyi həm də belə yazılardan doğdu.
Müəllif, doğru olaraq Yaycı soyqırımını “ən böyük qətliam” adlandırır və bunu faktlarla sübut edir. Bu bölümdə də ermənilərin qaniçən xisləti təsvir olunur və müəllif yenə də oxucunu bu xisləti unutmamağa səsləyir. Həmin soyqırımıntəşkilatçılarından olan Andronik Ozanyanın bioqrafiyasını, onun azərbaycanlılara, türklərə nifrətini göstərən faktlar bizi bu günün, habelə sabahın intiqamına çağırır. Müəllif Yaycı soyqırımı ilə əlaqədar kəndin yaşlı adamlarının ağır xatirələrini qələmə alır və bu canlı xatirələr bir daha ermənilərin iç üzünü açır. Bu xatirələrin müəlliflərindən birinin sözüdür: “Hamısını düşmən bilin”, çünki digər bir xatirə müəllifinin dediyi kimi onlar “üzdə qardaş, içdə cəlladdılar”. Kəndin digər bir yaşlı qadını: “Bizim bir düşmənimiz var-erməni!”-deyir. Kitabda ermənilər haqqında dünyanın iyirmiyə yaxın ən məşhur ədib, alim və ictimai xadiminin həqiqəti ifadə edən sətirləri yer alıb. Onu da qeyd edək ki, “Yaycı soyqırım”ının müəllifi bu sayaq faktların elmi mənbəyini də göstərməyi heç vaxt unutmur. Müəllifin əsas məqsədi müxtəlif mənbələrdən aldığı bu faktları bir yerə toplayıb müasir oxucuya çatdırmaqdır. Xüsusi qeyd etmək istərdim ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri saysız-hesabsız vəhşiliklərin bir yerə toplandığı, bu vəhşiliklərin aydın təhlilləri belə bir qənaətə gəlməyə əsas verir ki, xalqımızın uşaqdan tutmuş qocayadək hər birinə vacib bir öyrənc və yaddaş vəsaiti kimi bu əsər böyük tirajla nəşr edilib orta məktəblərin tarix dərsliyinə əlavə kimi və hər kəsin evindəki kitab rəfinə qoymaq üçün məsləhət görülməlidir. Çünki bu, bir yaddaş kitabıdır.
Cahangir Məmmədli