Bakıda ilk elektrik dirəklərinin quraşdırılması  - 1900-1920-ci illər


 1918-1920 -ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə elektroenergetika sahəsində xeyli işlər görülüb. Xalq Cümhuriyyəti onlardan əvvəl sırf sənayenin nəzərdə tutulan elektrikləşdirmə işini ictimailəşdirməyə başlayıb. Bu dövrdə mühüm vəzifələrdən biri milli kadr hazırlığı idi. Parlamentin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edilib. Həmin tələbələr arasında 9 nəfər elektrotexnika, 2 nəfər isə energetika sahəsi üzrə təhsil almaq üçün seçilib. Bununla da elektroenergetika sahəsində milli kadrların yetişdirilməsinin təməli qoyuldu.